Əsas səhifə | Xəbərlər | SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi
SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin bağlanış mərasimi keçirildi
İyulun 14-dən 21-dək Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbi təşkil edilmişdi. Sumqayıt Dövlət Universiteti “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinə yüksək səviyyədə ev sahibliyi etdi. “Yay məktəbi” çərçivəsində müxtəlif seminar, görüş, dəyirmi masa, əlverişli turizm məkanlarınına ekskursiya təşkil edildi və tələbələr ölkəmizin tarixi- memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış oldular.
İyulun 20-də Sumqayıt şəhərində yerləşən "Şam" istirahət mərkəzində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbinin təntənəli bağlanış mərasimi oldu.
Tədbiri rektor professor Elxan Hüseynov açaraq qonaqları salamladı, Tələbə Yay məktəbinin belə təntənəli başa çatmasında Təhsil naziri cənab Ceyhun Bayramova göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Assosiasiya çərçivəsində keçirilən Tələbə Yay məktəbinin təşkili, səmərəli görüşlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdi.Gənclər bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanın tarixinə və mədəniyyətinə səyahət etdilər. Eləcə də respublikamızda fəaliyyət göstərən universitetlərlə tanışlıq yeni dostlar qazanmaq və təcrübə mübadiləsi üçün əla fürsət oldu.
Əziz Tələbə yay məktəbinin iştirakçıları!
“Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbində fəal iştrak etdiyinizə görə bir daha təşəkkür edir, sizə uğurlar arzu edirəm! İnanıram ki, illər, qərinələr keçəcək “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbini daima xatırlayacaqsınız.
Sonra rektor Elxan Hüseynov “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbinin iştrakçılarına sertifikat və qiymətli hədiyyələr təqdim etdi.
Tələbə Yay Məktəbinin iştirakçıları layihənin təşkilində göstərdiyi köməkliyə görə assosiasiyanın həmsədrlərinə minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, 14-21 iyul 2019-cu il tarixlərində keçirilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə Yay Məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrindən, ümumilikdə 70-ə yaxın tələbə iştirak etdi.
 
Mətbuat xidməti
 
<
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az