Əsas səhifə | Xəbərlər | “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər

Moskva Dövlət Humanitar–İqtisad Universitetinin tələbəsi və Tələbə yay məktəbi 2019-un iştirakçısı Şkurixin Vyaçeslav: “Bu məktəb yalnız maarifləndirici səfər deyil, Azərbaycanın tarixinə və mədəniyyətinə əsl səyahətdir. Hər bir iştirakçı Odlar yurdunun böyük əhəmiyyət kəsb edən tarixi yerlərini görməyə nadir imkan qazanmışdır. Eləcə də təhsil sistemi ilə tanışlıq çox maraqlı idi. Biz ali məktəblərdə olduq, Azərbaycan tələbələri və müəllimləri ilə görüşüb söhbət etdik. Tədbirin keçirilməsi müddətində bütün iştirakçılar vahid, dost bir komandaya çevrildi. Tələbə yay məktəbinin təşkilində əməyi olan bütün şəxslərə minnətdarlığımı bildirirəm. Təşkilatçılar iştirakçıların rahatlığı üçün hər cür şərait yaratmışdılar. Ümidvaram ki, belə məktəblərin keçirilməsi xoş bir ənənəyə çevriləcək.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az