Əsas səhifə | Xəbərlər | Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı “Horizon-2020” proqramı ilə bağlı keçirilən maarifləndirici seminarda iştirak etdi
Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı “Horizon-2020” proqramı ilə bağlı keçirilən maarifləndirici seminarda iştirak etdi
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirildi. Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə akademiyanın Biologiya, Tibb və Yer elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak etdilər.
Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq, tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib, “Horizon-2020” proqramı üzrə milli əlaqələndiricilərin yeni tərkibini təqdim etdi.
Avropa İttifaqının elmi-tədqiqat və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı haqqında danışan alim bildirdi ki, layihənin məqsədi elmin inkişafının daha yüksək səviyyəyə çatdırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş tədqiqatlar aparmaqdır.
O, 2020-ci ildə başa çatacaq layihənin büdcəsinin 80 milyard avro olduğunu, böyük imkanlara malik proqrama fərdi, eləcə də kollektiv şəkildə müraciət edilə biləcəyini söyləyib. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri sırasında “Horizon-2020” proqramına Azərbaycandan müraciətlərin yetərincə qeydə alınmadığını deyən E.Əlirzayeva elmi müəssisə və təşkilatların beynəlxalq əlaqələr üzrə məsul şəxslərinə bu istiqamətdə səylərini artırmaları barədə müvafiq tövsiyələrini verdi.
Sonra “Horizon-2020” proqramının Avropa Ölkələri və Amerika ilə əlaqələr şöbəsinin müdiri Elçin Adil oğlu Seyfullayev çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verdi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Aliyə Xəlilbəyli iştirak etmişdir.
 
Mətbuat xidməti
    
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az