Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş məktəblilər arasında tarix üzrə fənn olimpiadasının qalibləri mükafatlandırıldı
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş məktəblilər arasında tarix üzrə fənn olimpiadasının qalibləri mükafatlandırıldı
İyunun 13-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblərinin VI –XI sinif şagirdləri arasında tarix üzrə fənn olimpiadasının mükafatlandırılma mərasimi keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov bilik yarışında fərqlənən şagirdləri təbrik etdi, bildirdi ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır. Fənn olimpiadalarının keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazırlanmasına kömək etməkdir.
Tədbirin sonunda olimpiada qaliblərinə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edildi.
Qeyd edək ki, tarix fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 42 tam orta məktəb və 4 liseydən 547 nəfər şagird iştirak etdi. İki variantda şagirdlərə təqdim edilmiş suallar Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları tərəfindən tərtib edimişdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az