Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor Müqəddəs Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etdi
Rektor Müqəddəs Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etdi
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov qarşıdan gələn on bir ayın sultanı olan müqəddəs Ramazan bayramı münasibətilə kollektivi ürəkdən təbrik etdi, ən xoş arzularını çatdırdı. Bu münasibətlə rektor ənənəvi olaraq universitetin bütün əməkdaşlarını bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi. Bildirdi ki, ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət edir, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. Xalqımız həmişə milli mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, Azərbaycan islam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Ulu öndər Heydər Əliyev cəmiyyətimizin milli-mənəvi əsaslarının möhkəmləndirilməsini, çoxəsrlik adət-ənənələrinin qorunub-saxlanmasını və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamış, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də uğurla davam etdirilir. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı. Hər kəsə cansağlığı, uzun ömür, əmin-amanlıq, elmin, təhsilin inkişafı yolunda yeni-yeni uğurlar arzuladı. Qeyd edək ki, rektor professor Elxan Hüseynovun bu xeyirxahlıq missiyası Sumqayıt Dövlət Universitetində daima hiss olunur. İşçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az