Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində Respublika Günü münasibətilə tədbir keçirildi
Kimya və biologiya fakültəsində Respublika Günü münasibətilə tədbir keçirildi
Mayın 27-də Kimya və biologiya fakültəsində 28 May – Respublika Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri Kimya və biologiya fakültəsinin təlim tərbiyə işləri üzrə dekan müavini Sabir Ələkbərov açaraq bayram münasibətilə iştirakçıları təbrik etdi. Bildirdi ki, hər bir xalqın ən qiymətli sərvəti onun sahib olduğu dövlət müstəqilliyidir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk dəfə demokratik dövlət quruluşunun əsası qoyulub. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Kimya və onun tədrisi metodikası kafedrasının müdiri Musa Mustafayev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev və tələbələr çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənədlərində və materiallarında əks olunan məlumatların xalqımıza çatdırılması istiqamətində Ulu öndərimiz Heydər Əliyevin göstərdiyi xidmətlərdən söz açdılar. Bildirildi ki, Ulu öndər hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət vermiş, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan etmişdir.
Tədbirdə tələbələrimizin ifasında vətənpərvərlik ruhunda şeir və musiqilər səsləndirildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az