Əsas səhifə | Xəbərlər | SDU-nun professoru Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinə məharət dərsi keçdi
SDU-nun professoru Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinə məharət dərsi keçdi
Mayın 15-də Sumqayıt Dövlət Universitetinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində “Azərbaycanda neft sənayesinin yaranması və inkişaf mərhələləri” mövzusunda müəllim və tələbələrə məharət dərsi keçdi.
Qeyd edək ki, Elmi Şuranın müvafiq qərarı ilə universitetin alimləri Sumqayıt Dövlət Texniki Kollecində məharət dərsləri aparacaqlar. Belə dərslərin keçirilməsi tələbələrin elmi potensialının inkişaf etdirməsinə böyük təkan olacaq.
Professor Əkbər Ağayev “Azərbaycanda neft sənayesinin yaranması və inkişaf mərhələləri” mövzusunun aktuallığından bəhs edərək bildirdi ki, Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan ikinci dünya müharibəsi illərində cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında boyük rol oynamışdır. Müharibədən sonrakı illərdə ölkəmizin ən böyük nailiyyətlərindən biri dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsi idi. 1949-cu ildə sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu. 1970-1980-ci illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri və inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri kimi yadda qaldı. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş dahi lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış neft Sazişi Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş müstəqil, azad Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə əbədi həkk olundu. “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanmışdır. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalandı. Bu bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var. Bu uğuru Azərbaycana qazandıran Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti oldu. Hazırda bu xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızda gələcəyə olan inamı daha da artıraraq ölkəmizi iqtisadi tərəqqi yoluna çıxarır.
Görüşdə professor tələbələrin çoxsaylı suallarını cavablandırdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az