Əsas səhifə | Xəbərlər | Tələbələrimizə qızılca-məxmərəyə qarşı peyvənd edildi
Tələbələrimizə qızılca-məxmərəyə qarşı peyvənd edildi
Uzun illərdir ki, Avropa ölkələrində qızılcanın yayılması prosesi davam edir. Qızılca hava, damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır.
Əhali arasında peyvənd aparılması bu sahədə böyük profilaktik əhəmiyyət daşıyır. Səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.
Ona görə də peyvənd aparılması çox mühüm məsələdir. Bu istiqamətdə də mayın 8-də Sumqayıt Dövlət Universitetinin 135 tələbələsinə qızılca-məxmərəyə qarşı peyvənd edildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az