Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin fakültələrarası minifutbol yarışı keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin fakültələrarası minifutbol yarışı keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə aprelin 29-dan mayın 7-dək Sumqayıt Dövlət Universitetində tələbələrin fakültələrarası minifutbol yarışı keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışıldı. Qeyd edildi ki, bu proses Ulu öndərdən sonra onun layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Sonra yarışda komandalar dörd qrupa bölündü. Bu qruplardan birinci və ikinci yerləri tutan komandalar növbəti tura vəsiqə qazandı. Ümumi nəticəyə görə, İqtisadiyyat və idarəetmə I yer, Tarix və coğrafiya II yer, Kimya və biologiya III yerə çıxdılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az