Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Unudulmaz həyat yolu” adlı tədbir keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Unudulmaz həyat yolu” adlı tədbir keçirildi
Mayın 7-də Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Unudulmaz həyat yolu” adlı tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Zəfər Hüseynov açaraq bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikanın hər yerində olduğu kimi Sumqayıt Dövlət Universitetində də böyük təntənə ilə qeyd edilir. Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ümummilli liderimiz Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında əvəzsiz xidməti olmuş və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi illər ötdükcə daha da artır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır.
Ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş etdirildi.
Tədbirdə tələbələr: Mahir Məmmədov, Cəsarət Surxayev və Səadət Tahirlinin ifalarında “Torpağın səsi” adlı musiqi, Hicran Qurbanova, Nərmin Abdullazadə, Nəcəf Nəcəfzadənin ifasında “Heydər” şeiri, Çinarə Köçərlinin ifasında “Azərbaycan” mahnısı sədaları altında tələbələrimizin hazırladığı səhnəcik və ”Səma” rəqs qrupunun ifasında rənarəng rəqslər nümayiş olundu.
“Heydər xalqım deyəcək” mahnısı sədaları altında üçrəngli bayrağımız səhnəyə gətirildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az