Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş fizika üzrə fənn olimpiadası keçirildi
SDU-da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş fizika üzrə fənn olimpiadası keçirildi
Mayın 4-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimi” devizi altında Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri arasında fizika üzrə fənn olimpiadası keçirildi.
Olimpiadanın təşkil edilməsində məqsəd Azərbaycan Respublikası Prezdenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması, istedadlı uşaqların aşkar edilməsi, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Sumqayıt Dövlət Universiteti də böyük missiyanı yerinə yetirərək şagirdlər üçün müxtəlif fənlərdən olimpiadalar təşkil edir.
Qeyd edək ki, olimpiadada Sumqayıt şəhəri üzrə 33 məktəbdən 187 şagird iştirak etdi. Hər sinif üzrə iştirakçılara 10 ballıq əmsalla kateqoriyalaşdırılmış açıq tipli 5 məsələ (ümumi qiymətləndirilmə 50 bal intervalında aparılmaqla) təqdim edildi. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə keçirilən olimpiadanin sualları universitetin alimləri tərəfindən hazırlanıb.
Olimpiadanın qaliblərinə diplom və mükafatlar, seçilmiş iştirakçılara isə həvəsləndirici diplomlar veriləcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az