Əsas səhifə | Xəbərlər | “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” ERASMUS + EQAC layihəsi çərçivəsində növbəti görüş keçirildi
“Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” ERASMUS + EQAC layihəsi çərçivəsində növbəti görüş keçirildi
Mayın 3-də “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi “ERASMUS+EQAC layihəsi çərçivəsində Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov və nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində görüş keçirdi.
Qonaqları universitetin rektoru professor Elxan Hüseynov qəbul etdi, universitetin beynəlxalq əlaqələri, yerli və xarici layihələrdə iştirakı, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Erasmus+ EQAC layihəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. SDU 2018-ci ildən Bakı Biznes Universitetinin koordinatoru olduğu ERASMUS+EQAC layihəsinin tərəfdaşıdır. Layihə çərçivəsində ötən bir il ərzində SDU-da cari vəziyyət öyrənilib, müvafiq sorğu keçirilib, əməkdaşlarımız layihə ilə bağlı müxtəlif respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak ediblər.
Layihə çərçivəsində SDU-da işçi heyət yaradılmışdır. Layihədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova, KTM-in müdiri Nihad Hüseynov, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri dosent Xəlil Alıyev, baş mühasibin müavini Rəvan Rzayev yaxından iştirak edərək layihə çərçivəsində keçirilən təlimlərdə, görüşlərdə və xarici səfərlərdə təmsil olunurlar. Layihəyə SDU-nun bakalavr tələbələri, həmçinin iki məzunu da cəlb edilmiş, Keyfiyyət Şurasının üzvlüyünə daxil edilmişdir. Bu komissiyaya iki müəssisədən “Qartal” tikinti şirkətinin direktoru Şahin Məmmədov, “Azərikimya” İstehsalat Birliyinin Sosial inkişaf şöbəsinin böyük mühəndisi Bəxtiyar Musayev cəlb edilmişdir. Rektor layihənin uğurlu olduğunu bildirərək əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı.
Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov səmimi qarşılanmaya görə SDU-nun rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi. Layihə ilə bağlı görülən işlər barədə məlumat verərək Avropa ali təhsil məkanına inteqrasiya etməyin üstünlüklərindən danışdı. Bildirdi ki, təhsil daim təkmilləşən, yeniləşən, inkişaf etməkdə olan sahədir. Bu sahədə işin yenidən qurulması, islahatların davamlılığı olduqca vacibdir. Ali təhsilin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması qarşıda dayanan əsas vəzifədir. Rektor onu da vurğuladı ki, layihənin məqsədi Keyfiyyət Təminatı Mərkəzləri olan universitetlərdə həmin mərkəzlərin yenidən qurulması, iş prinsiplərinin Avropa standartlarına uyğunlaşdırılması, keyfiyyətə nəzarət mərkəzləri olmayan universitetlərdə isə yeni mərkəzlərin yaradılmasıdır.
Digər çıxışçılar təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs etdilər.
Görüş layihə ilə bağlı maraqlı müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az