Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz sərgiyə baxış keçirdilər
Tələbələrimiz sərgiyə baxış keçirdilər
Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı olaraq Sumqayıt Dövlət Rəsm Qalereyasında sərgi təşkil olundu. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup tələbə sərgiyə baxış keçirdi.
Sərgidə sumqayıtlı rəssamların, eləcə də, dekorativ və tətbiqi sənət ustalarının əl işləri, bəzək əşyaları nümayiş olundu.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova qalereyanın yaranması, fəaliyyəti haqqında ətraflı məlumat verdi, mədəniyyət ocağının bədii–estetik zövqün formalaşmasında, gənc rəssamların inkişafındakı rolundan bəhs etdi.
Tələbələrimiz sumqayıtlı rəssamların rəsm əsərlərinə tamaşa etdilər. Sərgidə nümayiş olunan əl işləri tələbələr tərəfindən böyük maraqla qarşılandı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az