Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Aprelin 30-da Elmi Şuranın növbəti iclası keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı və gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan öncə Kimya və biologiya fakültəsinin dekanı dosent M.Muradovu, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent T.Əhmədovanı və Filologiya fakültəsinin dekanı dosent S.Həmzəyevanı dekan vəzifəsinə seçilmələri münasibəti ilə təbrik etdi və onlara məsulliyyətli işlərində uğurlar arzuladı.
Sonra Elmi Şuranın gündəliyi təsdiq olundu.
Təhsil və elm üzrə komissiyanın sədri professor Məhəmmədəli Zərbəliyev SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində tədrisin vəziyyəti haqqında məlumat verdi.
Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov II kurs magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin və attestasiyalarının nəticələri barədə məlumat verdi.
Avropa İttifaqının Twininq proqramının və “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində SDU-da pilot kimi seçilmiş ixtisaslar üzrə özünütəhlil hesabatı barədə Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova məlumat verdi. Qeyd olundu ki, özünütəhlil istiqamətində universitetimizdə aparılan işlər Azərbaycan Respublikasının hüquqi normativ təlimatlarına və beynəlxalq standartların tələblərinə uyğun formada aparılmış və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçiriləcək tədbirlər haqqında Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov məlumat verdi. Qeyd etdi ki, 10 may 1923-cü il Ulu öndər Heydər Əliyevin doğum günüdür, bu tarixdən 96 il ötür. Ulu öndərin xatirəsini yad etmək məqsədi ilə universitetdə silsilə tədbirlər keçiriləcək.
Sonda Elmi Şuraya daxil olan tədris vəsaitləri müzakirə olundu və nəşr olunmasına icazə verildi. Bununla da, Elmi Şuranın iclası yekunlaşdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az