Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bu günün şagirdi, sabahın alimi” devizi altında riyaziyyat üzrə fənn olimpiadası keçirildi
“Bu günün şagirdi, sabahın alimi” devizi altında riyaziyyat üzrə fənn olimpiadası keçirildi
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimi” devizi altında Sumqayıt şəhər məktəblərinin IV-XI sinif şagirdləri arasında riyaziyyat üzrə fənn olimpiadası keçirildi.
Olimpiadanın təşkil edilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması, istedadlı uşaqların aşkar edilməsi, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Qeyd edək ki, olimpiadada Sumqayıt şəhəri üzrə 46 məktəbdən 865-ə yaxın şagird iştirak etdi. Hər sinif üzrə iştirakçılara 4 ballıq əmsalla kateqoriyalaşdırılmış 25 test tapşırığı təqdim edildi.
Şagirdlər olimpiadanın nəticələrini SDU-nun saytından əldə edə biləcəklər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az