Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində III yerə layiq görüldü
Tələbəmiz “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində III yerə layiq görüldü
Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun təşkil etdiyi Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi yekunlaşdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilməsi nəzərdə tutulmuş silsilə tədbirlərin tərkib hissəsi olan ali məktəblərarası bədii qiraət müsabiqəsi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği məqsədini qarşıya qoymuşdur.
Qeyd edək ki, universitetimizin Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Əliyar Rəfiyev “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində III yerə çıxaraq diplom və pul mükafatına layiq görüldü.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az