Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ritorika Universal Klubu “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində “MƏN-Motivasiya, Əngəllər, Nəticələr” adlı təlim keçirdi
Ritorika Universal Klubu “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində “MƏN-Motivasiya, Əngəllər, Nəticələr” adlı təlim keçirdi

Tələbələrin fərdi inkişafına hər zaman önəm verən Ritorika Universal Klubu bu dəfə Reduco Tədris Mərkəzində tələbələr üçün olduqca faydalı bir seminar təşkil etdi.
“MƏN – Motivasiya, Əngəllər, Nəticələr” adlı seminarda iştirak edən tələbələr insan məninin formalaşmasında onun özünə yaratdığı əngəllər,ailə və cəmiyyətdə insan məninin formalaşmasına təsir edən amillər və onlardan çıxan nəticələrin hesablanması haqqında məlumat əldə etdilər. Bununla yanaşı təlimçi- “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov tələbələrə insanın özünün və ətrafının motivasiyasını hansı vasitələrlə və necə yüksək tutaraq daha böyük uğurlara imza atmasında motivasiyanı gücləndirməyin rolunun danılmaz olmasından söhbət açdı.
Sonda isə gənclərdə kitab oxumağa, elmə, təhsilə maraq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Mesaj 2” layihəsi çərçivəsində çap edilmiş “Oxu –magiya” kitabi hədiyyə edildi. Nəzərinizə çatdıraq ki, “Oxu-magiya” kitabının müəllifi ictimai və sosial mövzularda yazan gənc yazar Elşən Gəncəvidir. Xaricdə təhsil alıb ölkəmizə dönən Elşən Gəncəvi ölkəmizdəki geniş iş imkanlarından və bu cür iş imkanlarından yararlanmaq üçün təhsilin önəmindən söz açıb.Təlimin sonunda tələbələr təlimdən çox razı qaldıqlarını vurğuladı və belə təlimlərin daha çox təşkil olunmasını istədiklərini bildirdilər.
Qeyd edək ki, təlim Ritorika Universal Klubu ilə Reduco Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az