Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllimimizin elmi rəhbəri olduğu layihə ABŞ-da sertifikata layiq görüldü
Müəllimimizin elmi rəhbəri olduğu layihə ABŞ-da sertifikata layiq görüldü
Bu günlərdə Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi b.f.d Kəmalə İsayevanın elmi rəhbərliyi ilə “Sabahın alimləri” müsabiqəsində iştirak edən Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Züleyxa Rüstəmovanın “Orqanizm bütün dünyanın akademiyalarından müdrik və ağıllıdır” adlı layihəsi Amerika Birləşmiş Ştatlarında İn Vitro Biologiyası Cəmiyyəti tərəfindən sertifikata layiq görülmüşdür.
Qeyd edək ki, müsabiqəyə elmi dəstəyin verilməsi Sumqayıt şəhər ümumtəhsil məktəbləri üçün Sumqayıt Dövlət Universitetinə həvalə olunub. Seçilmiş şagirdlər universitetimizin professor-müəllim heyəti ilə birgə müəyyən olunmuş ixtisaslar üzrə öz elmi layihələrini hazırlayaraq müsabiqədə iştirak edirlər. Bu da Sumqayıt Dövlət Universitetinin uğurlarındandır.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az