Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin komandası beynəlxalq " ENACTUS " müsabiqəsinə qoşuldu
Universitetimizin komandası beynəlxalq " ENACTUS " müsabiqəsinə qoşuldu
Aprelin 5-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının xətti ilə " ENACTUS " proqramı ilə bağlı tədbir keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov tədbiri açaraq qonağı və iştirakçıları salamladı, "ENACTUS" proqramının əhəmiyyətindən bəhs edərək bildirdi ki: “Ölkəmizdə müxtəliftipli layihələr həyata keçirilir. Onlardan biri də "ENACTUS" proqramı üzrə beynəlxalq yarışların reallaşdırılmasıdır. Bu da sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, onları innovativ layihələrə cəlb etmək, bu istiqamətdə maraqlarını artırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətdə SDU “ENACTUS” komandasına uğurlar arzulayıram”.
Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent Lalə Bunyatova “ENACTUS” proqramı üzrə universitetin əldə etdiyi nailiyyətlər barədə çıxış edərək bildirdi ki, 2014-cü ildən SDU “ENACTUS” proqramına üzv olmuşdur. Komandalarımız bu müddət ərzində “ENACTUS” proqramı “Panda school”- məktəbəqədər hazırlıq mərkəzi”, “Ən yaxşı Sahibkarlıq layihəsi”, “Healthy sheep and happy people” adlı layihələrdə uğurla çıxış etmişlər.
ENACTUS layihəsinin proqram direktoru Əziz Fələkzadə tələbələrə ENACTUS layihəsinin mahiyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, “Bizim Sahibkarlıq Fəaliyyətimiz” ((Enterpreunial. Action. Us. – Enactus)) beynəlxalq proqramı sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq proqramdır. Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarətdir. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir. Bu səbəbdən də gənclər daima öz inkişafları üzərində işləməli, yeniliklər axtarışında olmalıdırlar.
Sonra proqram direktoru tələbələrlə yeni ideyalar, layihələr, gələcək planlar ətrafında qarşılıqlı şəkildə diskussiya apardı. Tələbələrin təqdim etdikləri “Ekoloji təmiz gübrə istehsalı” və “Qoza” layihələri mayın 24 -25-də Bakı Konqres Mərkəzində keçiriləcək final mərhələsinə vəsiqə qazandı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az