Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsinin əməkdaşları Sumqayıt şəhər tam orta məktəblərinin pedaqoji kollektivi ilə görüşlər keçirdilər
Riyaziyyat fakültəsinin əməkdaşları Sumqayıt şəhər tam orta məktəblərinin pedaqoji kollektivi ilə görüşlər keçirdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması və bu məqsədlə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.“Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, -deyən Ulu Öndərin təhsilin prioritet vəzifələrini ifadə edən bu sözləri böyük uzaqgörənliklə Azərbaycanın bu günündən parlaq gələcəyinə ünvanlanmışdır. Respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və rolu vardır. Sumqayıt Dövlət Universitetinin 14.09.2018-ci il tarixli Elmi Şurasının qərarına əsasən universitetin əməkdaşları şəhərimizdə yerləşən tam orta məktəblərdə mütəmadi olaraq görüşlər keçirir, həmçinin orta məktəb şagirdləri universitetə dəvət olunurlar. Bu tədbirlərin həyata keçirilməsində Riyaziyyat fakültəsinin əməkdaşları da aktiv iştirak edir, Sumqayıt şəhərində yerləşən orta məktəblərin pedaqoji kollektivləri ilə sıx əlaqələr saxlayır və görüşlər keçirirlər. Bu görüşlərin nəticəsi olaraq ildən-ilə şəhər məktəblərindən Sumqayıt Dövlət Universitetinə daha çox savadlı gənc daxil olur.
Elə bu məqsədlə aprelin 3-də Riyaziyyat fakültəsinin bir qrup əməkdaşı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşdülər.
Görüşdə univeristetin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosenti Xəlil Alıyev, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimləri: Növrəstə Bayramova, Vüsalə Süleymanova, Diferensial tənliklər və optimallaşdırma kafedrasının doktorantı Nicat Həsənli iştirak etdilər.
Tədbiri orta məktəbin direktoru İlahə Həsənli açaraq dövlətin təhsilə göstərdiyi qayğıdan, təhsildəki uğurlardan, Azərbaycan təhsilinin bütün dövrlərində dövlətin diqqət və qayğısını hiss etdiyindən, xüsusilə ölkəmizin milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmindən bəri təhsil sahəsinə xüsusi diqqət yetirildiyindən danışdı. O həmçinin çıxışına əlavə olaraq, son illərdə məktəb məzunları içərisində xüsusi istedadı ilə seçilən I kurs tələbələri: Ləman Əliyeva, Rövşən Sərdarlı, III kurs tələbəsi Aydan Əliyeva öz seçimlərini Sumqayıt Dövlət Universiteti üzərində etdiklərini qeyd etdilər.
Sonra Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova çıxış edərək bildirdi ki, millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman Ulu öndərin diqqət və qayğısını hiss edib. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Bu gün Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun universitetə göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Onun bu sahədə həyata keçirdiyi hər bir islahat, ilk növbədə, universitetin mənafeyinə hesablanmışdır.
Sonda Sumqayıt Dövlət Univeristetinin tanıtım videoçarxı və təqdimat materialları şagird və müəllim kollektivinə təqdim olundu. Slaydda universitetdə təklif olunan təhsil imkanları, laboratoriyalar, universitetin maddi-texniki təchizatı haqqında ətraflı məlumat əks olunub. Təqdimatda universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, auditoriyalar, fənn laboratoriyaları, oxu zalı, elektron kitabxana, idman klubu, özfəaliyyət dərnəyi və Linqvistik Mərkəzdə təşkil olunmuş xarici dil kursları şagirdlərin marağına səbəb oldu.
Görüşün sonunda fakültə əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Bu görüşlər Sumqayıt şəhərində yerləşən orta məktəblərin pedaqoji kollektivlərində mütəmadi olaraq davam edəcəkdir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az