Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Spartakiadanın qalibləri mükafatlandırıldı
Spartakiadanın qalibləri mükafatlandırıldı
Prezident cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, universitetimizdə silsilə tədbirlər keçirilir. Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının fakültələrarası 3 idman növü (dama, şahmat və nərd) üzrə spartakiadası keçirilmişdir. Əməkdaşlar arasında keçirilən idman spartakiadası bu qəbildən olan tədbirlərdəndir.
Aprelin 4-də İdman zalında qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Mükafatlandırma mərasimini universitetin rektoru professor Elxan Hüseynov açaraq belə tədbirlərin işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət və qayğısından bəhs edərək, bildirdi ki, ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanır, beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Azərbaycanda idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı Sumqayıt Dövlət Universtetinin idman həyatına da əhəmiyyətli təsir göstərib. Belə ki, burada tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Universitetimiz nəinki təhsil, idman sahəsində də böyük uğurlar əldə edir. Fəxr edirik ki, bizim ölkəmizi beynəlxalq idman aləmində layiqincə təmsil edən idmançı tələbələrimiz var.
Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı.Ümumi nəticəyə görə, I yerə Mühəndislik, II yerə Kimya və biologiya, III yerə Riyaziyyat fakültəsi layiq görüldü.
Rektor qaliblərə fəxri fərman, kubok və qiymətli hədiyyələr təqdim etdi.
Çıxışçılar da öz növbələrində spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Mükafatlandırma mərasimindən sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələr arasında spartakiadaya start verildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az