Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kollektivimiz Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak etdi
Kollektivimiz Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak etdi
Novruz bayramı ilə əlaqədar Sumqayıt şəhər bulvarında ümumşəhər şənliyi keçirildi.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və yerli sakinlər iştirak etdilər.
İcra başçısı cənab Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək bayram tonqalını alışdırdı. Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzuladı, milli geyimli uşaqlar meydanda rəqs etdilər. Dənizkənarı parkın girişində qonaqlara bulvarın tikintisinin rəmzi olan kompozisiya təqdim olundu. Sumqayıt Dövlət Universitetinin kollektivinin hazırladığı kompozisiyada milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş olundu, həmçinin universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonra bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri təşkil edildi.
Sonda bayram konserti oldu. Tədbirdə respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az