Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Tvente Universitetində TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edəcək
SDU Tvente Universitetində TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edəcək

Sumqayıt Dövlət Universitetində yerinə yetirilən 4 TEMPUS layihələrindən biri də “İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko sisteminin kosmik vasitələrlə monitorinqi  sahəsində ali təhsilin təkmilləşdirilməsi” ( SESREMO ) layihəsidir. Layihənin koordinatorları Berlin Texniki və Tallin Texnologiya universitetləridir. Layihədə, həmçinin İsraildən, Qazaxıstandan və Azərbaycandan 15 universitet, nazirlik və təşkilatlar iştirak edirlər.
Layihənin əsas məqsədi seçilmiş İsrail, Azərbaycan və Qazaxıstan universitetlərinə obyektlərin məsafədən təyin edilməsi üzrə iki pilləli proqramların təklif edilməsində və hazırlanmasında bu sahədəki yeni inkşaflara, əmək bazarının tələbatlarına və Boloniya prinsiplərinə, Buxarest kommünikesinin sonuncu tövsiyyələrinə və qabaqcıl təcrübəyə uyğun olaraq köməklik etməkdir.
Layihənin həyata keçməsi üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılmışdır: koordinator - Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dos. Qafar Atayev, tədqiqatçılar: rektorun müşaviri, dos. Ulduz Ağayev,  Kimya və biologiya fakültəsinin dekanı, dos. Mahal Muradov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dos. Turqay Hüseynov, Fizika və elektroenergetika fakültəsinin dekan müavini, dos. Ramiz Hüseynov, Fiziki coğrafiya kafedrasının müdiri, prof. Tahir Ağayev,  Ekologiya və təbiətdən istifadə kafedrasının assistenti Azadə Əliyevadır.
Layihə çərçivəsində magistr hazırlığının üç tədris planı analiz olunmuşdur. Analizin nəticəsinə görə təkmilləşdirmə üçün fənnlər seçilmişdir.
Universitetin iki müəllimi: dos. Ramiz Hüseynov və prof. Tahir Ağayev 31 oktyabr - 14 noyabr  2014-cü il tarixində Tallin Texnologiya Universitetində təkmilləşdirmə kurslarında iştirak etmişlər.
Layihə çərçivəsində bir GeoNetCast terminal daxil olmaqla 12 kompüterlə təchiz olunmuş  sinifin və GS yerüstü təcrübi stansiyanın yaradılması nəzərdə tutulur. 
25 may – 07 iyun tarixində layihə çərçivəsində Tvente Universitetində növbəti təkmilləşdirmə kursunun keçirilməsi nəzərdə tutulur. Sumqayıt Dövlət Universitetindən təkmilləşdirmədə dos. Qafar Atayevin və dos. Ulduz Ağayevin iştirakı nəzərdə tutulub. Layihə davam edir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az