Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Fevralın 7-də Elmi Şuranın növbəti iclası keçirildi. İclası rektor professor Elxan Hüseynov açaraq şura üzvlərini salamladı, ali məktəbin son nailiyyətləri, yeniliklər və gündəlikdə duran məsələlər barədə məlumat verdi.
2018 - 2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə bakalavriat (əyani) səviyyəsi üzrə Tədris Metodiki Mərkəzin direktoru dosent İsabal Qurbanov, qiyabi təhsil üzrə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək bildirdilər ki, imtahanlar bir qayda olaraq yazılı formada aparıldı, zərurət yarandığı hallarda fərdi qaydada şifahi dialoq formasında keçirildi. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam təmin olundu. Bu səbəbdən də payız semestrinin imtahan sessiyası uğurla başa çatdı, imtahan sessiyası dövründə tələbələrimiz öz bilik və bacarıqlarını əldə etdikləri nailiyyətlərlə nümayiş etdirdilər. Hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri keçirildi.
Rektor professor Elxan Hüseynov müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd etdi ki, həqiqətən, imtahan sessiyası kifayət qədər yüksək səviyyədə təşkil olunmuşdur və nəticələr də yaxşıdır. Lakin bir neçə məsələ daim diqqət mərkəzində olmalıdır. Yəni xüsusi istedadlı tələbələrlə fərdi qaydada məşğul olmaq, ümumiyyətlə, universitetdə əlaçı tələbələrin sayının artılrılması istiqamətində ciddi səy göstərilməlidir. Tələbələrin imtahana hazırlıq səviyyəsini daha da yüksəltmək və onların yazı vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi ilə kollokviumların nəticələri fakültə Elmi Şuralarında müzakirə olunması tövsiyə edildi. Rektor eyni zamanda I kurs tələbələrinin orta məktəb mühitindən ali məktəb mühitinə keçmələri ilə əlaqədar onların daha tez uyğunlaşmasını və təhsildə uğurlu nəticələrə nail olmalarını təmin etmək üçün müvafiq tədbirlərin həyata keçirilməsini fakültə dekanlarına, kafedra müdirlərinə və fənn müəllimlərinə tövsiyə etdi.
Elmlər doktoru proqramı üzrə doktorant və dissertantların doktorluq dissertasiya işlərinin mövzusunun təsdiqi və elmi məsləhətçinin təyini ilə əlaqədar Elmi katib professor Muxtar Səmədov məlumat verdi. O, qeyd etdi ki, 2019-cu ildə elmlər doktoru proqramı üzrə universitetdə 10 nəfər doktoranturaya qəbul olunub. Sevindirici haldır ki, rektorumuz SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığının həyata keşirilməsini təmin etmişdir. 2017, 2018 və 2019-cu illərdə ümumilikdə 24 nəfərin elmlər doktoru proqramı üzrə doktorant hazırlığı həyata keçirilir. Professor Muxtar Səmədov kollektivin hər bir üzvünə, xüsusən gənc doktorant və dissertantlara göstərdiyi diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. Elmlər doktoru proqramı üzrə doktorant və dissertantların doktorluq dissertasiya işlərinin mövzuları və elmi məsləhətçiləri təsdiq edildi.
Sonra 050107-Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) ixtisası üçün Dövlət imtahan proqramı təsdiq olundu. Bununla da, Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti

  

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az