Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşların fakültələrarası idmanın 3 növü üzrə yarışlarına start verildi
Əməkdaşların fakültələrarası idmanın 3 növü üzrə yarışlarına start verildi
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü” nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Azərbaycanda idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişaf səviyyəsinin gündən-günə yüksəldiyi bir zamanda, şübhəsiz, ali təhsil ocaqlarında da bu sahəyə xüsusi diqqət yetirilir. Respublikamızın ali təhsil ocaqları dövlətimizin idmana göstərdiyi qayğıdan ruhlanaraq bu sahənin inkişafına öz töhfələrini verirlər.
Fevralın 7-də Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının fakültələrarası 3 idman növü (dama, şahmat və nərd) üzrə yarışlara start verildi.
Qeyd edək ki, yarışa ilk olaraq dama idman növü üzrə əməkdaşlar qatıldılar. 8 komanda öz bacarıqlarını sınadı. Yarışlar 2 yarımqrupda keçirildi. Yarışların nəticələrinə görə Mühəndislik fakültəsi I yer, Kimya və biologiya fakültəsi II yer, Tarix və coğrafiya fakültəsi III yerə çıxdılar. Yarışlar fevralın 7-dən 14-dək davam edəcək.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az