Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz sertifikata layiq görüldülər
Tələbələrimiz sertifikata layiq görüldülər
Azərbaycan Kooperasiya Universitetində Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda Respublika elmi konfransı keçirildi.
Konfransı giriş nitqi ilə universitetin rektoru, Millət vəkili professor Eldar Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə açaraq bildirdilər ki, son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə, Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir.
Sonra Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Tələbə Elmi Cəmiyyətinin sədri Elvin Hüseynov, Azərbaycan Kooperasiya Universitetinin tələbələri: Arif Mustafayev, Elmir Pənahlı, Sumqayıt Dövlət Universitetinin tələbəsi Gülabə Məmmədova, Bakı Biznes Universitetinin tələbəsi Cəbrayıl Qəmbərov çıxış etdilər. Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirdi. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri: Leyla Məmmədli “Gəncə-Qazax iqtisadi rayonunun ölkənin iqtisadi inkişafında rolu”, Arzu Məmmədova “Şəki-Zaqatala rayonunun inkişafı”, Hürü Bayramova “Aran iqtisadi –coğrafi rayonunun yanacaq-energetika sənayesinin inkişafı” mövzularında çıxış etdikləri məruzələrə görə sertifikata layiq görüldülər.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az