Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Karyera Mərkəzinin əməkdaşı iştirak etdi
“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Karyera Mərkəzinin əməkdaşı iştirak etdi
Yanvarın 23-də Bakı şəhəri Fairmont hotelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağrışlar və prespektivlər” mövzusunda konfrans keçirildi.
Konfransın açılış sessiyasında ASK-nın prezidenti Məmməd Musayev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Təhsil nazirinin müavini İdris İsayev, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsaqzai, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri, Millət vəkili Cənab Ülvi Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Cənab Ədalət Muradov, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya Ölkə Ofisinin rəhbəri Xanım Olqa Kulayeva çıxış etdilər.
Xüsusi sessiyada “Əməyin gələcəyi” mövzusunda Qlobal hesabatın təqdimatı keçirildi. Təqdimatı BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya Ölkə Ofisinin rəhbəri Xanım Olqa Kulayeva və ofisin əməkdaşı Mixayıl Puşkin təqdim etdilər. Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində müvcud vəziyyət, müasir dövrün çağırışları, gələcək perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyalar keçirildi.
Qeyd edək ki, konfransda Sumqayıt Dövlət Universitetini Karyera Mərkəzinin metodisti Araz Tarverdiyev təmsil etdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az