Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Clarivate Analytics”in qlobal elmi bazası – “Web of Science Core Collection” platformasının təlimlərinə start verilib
“Clarivate Analytics”in qlobal elmi bazası – “Web of Science Core Collection” platformasının təlimlərinə start verilib
Yanvarın 22-də Sumqayıt Dovlət Universitetində dünyanın aparıcı informasiya agentliyi olan “Clarivate Analytics”in ali təhsil müəssisələrinin qlobal elmi bazası – “Web of Science Core Collection” platformasının təlimlərinə start verilib.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov təlimin məqsədi barədə iştirakçılara ətraflı məlumat verdi. Bildirdi ki, “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında ölkəmizdə informasiyanın hər bir kəs üçün əlçatan olması əsas hədəflərdən biri kimi qoyulub. Bura elmi məlumatlar da daxildir. Bu baxımdan “Clarivate Analytics”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartları səviyyəsinə çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bunun köməyilə alimlər öz ixtisaslarına uyğun elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara biləcək və öz elmi əsərlərinin nəşri üçün daha effektiv şəkildə jurnallar seçmək imkanı əldə edəcəklər”.
Elmi hissənin müdiri dosent Samir Orucov “Clarivate Analytics” şirkəti haqqında ətraflı təqdimatla çıxış edərək bildirdi ki, “Clarivate Analytics” beynəlxalq səviyyədə tanınmış şirkətdir. Şirkətin məlumat bazasına müxtəlif sahələr üzrə 100000 –dən çox elmi jurnal, 5000000–dan çox konfrans məruzəsi, 12000000–dan çox patent, 100000–dən çox monoqrafiya və digər məlumatlar yerləşdirilib. Bu bazada elm adamlarını maraqlandıran bir çox məsələlər barədə ətraflı məlumatları, elmi istinadları, sənədləri, konfrans materiallarını tapmaq mümkündür. Məlumat bazasında hər bir elm sahəsində əldə olunan nailiyyətlər barədə materiallar daim yenilənir.
“Clarivate Analytics”in elmi məlumatlar bazası olan “Web of Science Core Collection” platformasında elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmağa, qrant alınmasına kömək edir.
Qeyd edildi ki, “Clarivate Analytics”ə geniş çıxış SDU-da elmin daha da inkişaf etməsinə güclü təkan verir, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə şərait yaradır və nüfuzlu jurnallarda əməkdaşların nəşrlərinin sayını artırmağa imkan verir.
Təlimdə iştirakçılara “Web of Science Core Collection” platformasında işləmək imkanları barədə geniş məlumat verildi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az