Əsas səhifə | Xəbərlər | Tələbələrimiz IV Qış Elm Festivalında qalib oldular
Tələbələrimiz IV Qış Elm Festivalında qalib oldular
Bakı Mühəndislik Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirildi. Festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.
Universitetin foyesində təşkil edilən festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən “Palimpsest kollaj”, “Ətraf mühitə zərərsiz bioplastika”, “Torpaq sürüşməsinin qarşısının alınması”, “Rəqəmsal hökumət” və s. kimi bir-birindən maraqlı layihələr nümayiş etdirildi.
Universitetin rektoru professor Havar Məmmədov festivalın elmimiz və təhsilimiz üçün mühüm əhəmiyyətindən danışdı. TEC tərəfindən müntəzəm təşkil olunan festivalda iştirakçıların və təqdim olunan layihələrin sayının ilbəil artdığını vurğuladı. Rektor sözügedən festivalın Azərbaycan elminin inkişafına və əldə olunan nailiyyətlərin təbliğinə də böyük töhfə verdiyini qeyd etdi.
Festivala ölkəmizin ali və orta ümumtəhsil məktəblərindən 54 komanda qatıldı ki, bunlardan 18-i Bakı Mühəndislik Universitetini təmsil etdi. Yarışmaya 100-dən çox layihə təqdim olundu. Münsiflər tərəfindən aparılmış qiymətləndirməyə əsasən İqtisadiyyat kateqoriyasında 1-ci, 2-ci yerə, Mühəndislik kateqoriyası üzrə isə 3-cü yerə SDU-nun tələbələrinin təqdim etdikləri layihələr layiq görüldü. Qeyd edək ki, hər iki kateqoriya üzrə qaliblər universitetin Kimya və biologiya fakültəsinin tələbələridir.
Layihədə iştirak edən bütün komanda üzvlərinə, eləcə də kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində ilk üç yerə layiq görülən komandalara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olundu.
 
 Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az