Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə SDU-nun professoru Əli Nağıyev arasında müqavilə imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə SDU-nun professoru Əli Nağıyev arasında müqavilə imzalandı
İyunun 8-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşmaqla, elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) nəticələrini elan etdi. Müsabiqə çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunub. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 90 min manat olub. Qalib gələn layihələr arasında Sumqayıt Dövlət Universitetindən üç layihə: birinci “Ali təhsil müəssisələrində multiixtisaslı mütəxəssislərin hazırlanmasında innovativ texnologiyaların transferinin rolu”, ikinci “Qeyri–xətti dinamik obyektlərin harmonik və impulsiv idarə təsirləri şəraitində optimal idarə metodlarının işlənməsi (neft emalı prosesləri nümunəsində)”, üçüncü “İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamik və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)” yer aldı.
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-təhsil inteqrasiyasi” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuş: “Qeyri-xətti dinamik obyektlərin harmonik və impulsiv təsirlər şəraitində optimal idarə metodlarının işlənilməsi (neft emalı prosesləri nümunəsində)” layihəsinin yerinə yetirilməsi haqqında Elmin inkişafı Fondu ilə layihə rəhbərləri: Sumqayıt Dövlət Universitetinin Proseslərin avtomatlaşdırılması kafedrasının professoru Əli Nağıyev və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi Vüqar Sadıxov arasında müqavilə bağlanmışdır.
Layihə neft emalı proseslərinin katalitik krekinq, yağların və motor yanacaqlarının hidrotəmizləmə proseslərinin riyazi kibernetik metodlar əsasında intensivləşdirilməsinə və həmçinin müxtəlif karbohidrogenlərin keyfiyyət xarakteristikalarının avtomatik identifikasiyası problemlərinin həllinə doğru yönəldilmişdir.
SDU və AMEA Mexanika və Riyaziyyat İnstitutundan ibarət iki elm-tədris müəssisəsinin müştərək aparacağı elmi-tədqiqat işinin yeni texnologiyaların neft emalı sənayesində tətbiqi nəticəsində iqtisadi səmərəliliyin əldə olunması gözlənilir.
 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az