Əsas səhifə | Xəbərlər | SDU-da fakültələrarası Şən və Hazırcavablar Klubunun yarışı keçirildi
SDU-da fakültələrarası Şən və Hazırcavablar Klubunun yarışı keçirildi
Dekabrın 25-də Sumqayıt Dövlət Universitetində fakültələrarası Şən və Hazırcavablar Klubunun yarışı keçirildi.
Rektor professor Elxan Hüseynov çıxış edərək iştirakçıları salamladı, qeyd etdi ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Gənclərin istedadının üzə çıxarılması üçün dövlət xüsusi layihələr həyata keçirir. Azərbaycanın aparıcı dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Rektor onu da bildirdi ki, Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, eləcə də aktyorluq bacarığı olan gənclərin üzə çıxarılması məqsədilə Sumqayıt Dövlət Universitetində lazımi şərait yaradılmış, bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, tələbələrimiz universitetlərarası keçirilən Şən və Hazırcavablar Klubunun yarışlarında, musiqi və şeir dərnəklərində, gənclər arasında keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edərək kuboka layiq görülürlər.
Rektor Şən və Hazırcavablar Klubunun fakültələr üzrə komandalarının hazırlığında Klubun bədii rəhbəri Məcid Hüseynova və münsiflər heyətinə təşəkkürünü bildirdi.
Fakültələr üzrə Şən və Hazırcavablar Klubunun çıxışları iştirakçıların böyük marağına səbəb oldu.
Gərgin mübarizə nəticəsində I yeri Mühəndislik fakültəsinin “Sxema” komandası tutdu.
Münsiflər heyəti qismində aktyorlar Tərlan Nur Yaşar, Elsevər Mehdizadə, Ramiz Hüseynzadə, "Parni İz Baku" teatrının aktyoru və ssenari müəllifi Ələkbər Əliyev, kikboks üzrə ikiqat Dünya, 3 qat Avropa çempionu Elnur Mahmudov çıxış etdilər.
Bildirdilər ki, qaliblərin seçilməsində ədalət prinsipi əsas götürülüb. Qaliblərə bu yarışda yaradıcı yanaşdıqlarına və fəal iştirak etdiklərinə görə dərin təşəkkürlərini ifadə etdilər.
Qalib komandalar kuboklar ilə təltif olundu.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az