Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz Debat Forumu: Payız- 2018-də şəhadətnamə ilə təltif edildi
Tələbəmiz Debat Forumu: Payız- 2018-də şəhadətnamə ilə təltif edildi
Dekabrın 3-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2018”in final, mükafatlandırma və bağlanış mərasimi baş tutdu.
Tədbirdə Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Kənan Firdovsioğlu, Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov, müxtəlif ali təhsil müəssisələrinin prorektorları və digər dövlət rəsmiləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə açıq elan edildi. Açılış nitqlərindən sonra Respublika Gənclər Debat Forumu: Payız - 2018” layihəsinin videohesabatı təqdim olundu. Videohesabatdan sonra forum həyəcanlı mərhələyə keçid aldı. Qaliblərin mükafatlandırılmasından sonra “Respublika Gənclər Debat Forumu: Payız - 2018” layihəsində fəal iştirak etmiş, Milli Debat Proqramının Regional nümayəndəlikləri olan Mingəçevir, Gəncə, Şəki, Lənkəran, Biləsuvar, Sabirabad və Sumqayıt debat mərkəzləri mükafatlandırıldılar. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Anar Qurbanov “Ən yaxşı doqquzuncu natiq” oldu və şəhadətnamə ilə təltif edildi.
 
Mətbuat xidməti

   

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az