Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Folklorşünaslıq ETL
Folklorşünaslıq ETL
1.Təhsil Nazirliyinin 09.08.01-ci il tarixli, 891№-li və SDU-nun rektorunun 14.08.01-ci il tarixli, 265/06 saylı əmri ilə fəaliyyət göstərir. ETL-ə 2001-2012-ci illərdə p.e.n. Şamxəlil Məmmədov, 2014-cü ildən isə filologiya elmləri doktoru, prof. Aslan Bayramov rəhbərlik edir.
2.ETL-də 1 professor, 1elmi işçi, 1 kiçik elmi işçi və baş laborant çalışır.
3.Professor Bayramov Aslan Əhmədxan oğlu - ETL-in müdiri 
  Quluyeva Şeyda İsa qızı - müəllim, elmi işçi, dissertant
  İsgəndərov Balakişi Atakişi oğlu - müəllim, kiçik elmi işçi, dissertant
  Babayeva Aynurə Nizami qızı – baş laborant, doktorant
4.ETL-də 2 dissertant, 1 doktorant elmi işlə məşğul olur.
5.Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi istiqamətləri: 
1)Azərbaycan folklorundakı epik janrların (and, alqış, qarğış, ofsun və s.) poetikası
2)XX əsr Azərbaycan folklorşünaslığı (Ə.Abid, M.Təhmasib, Ə.Axundov) 
3)“Kitabi-Dədə Qorqud” bədii yaradıcılıqda əbədi və zəngin qaynaq kimi
4)Folklor örnəklərində işlənən onomastik vahidlər və onların üslubi imkanları
5)Aşıq yaradıcılığında sufizm
6)Mifoloji düşüncədə ağac, su, dağ, quş və at kultları
7)Folklor motivlərinin yazılı ədəbiyyatda inikası
7.ETL-in son illərdəki əsas elmi nəşrləri:
1)Mahmud Qaşqarinin “Divani lüğət-it türk” əsəri, Ağbaba şivəsi və atalar sözləri
2)Azərbaycan folkloru örnəklərində dialekt və şivə sözləri (bayatı və atalar sözləri əsasında)
3)Qərbi Azərbaycan folklor mühitində yayılmış arxaik janrların “Kitabi-Dədə Qorqud”  dastanı ilə müqayisəsi
4)Ağbaba şivəsində atalar sözləri və deyimlər
5)Əmin Abidin folklorşünaslıq fəaliyyəti
6)Ədəbi diyarşünaslıq üzrə sinifdənxaric işlərin metodları, forma və növləri
7)Görkəmli insanların folklor haqqında fikirləri
8)Göyçə aşıq poeziyasında arxaik janrların inikası. Qarğışlar (II məqalə)
9)“Dədə Qorqud” dastanında işlənmiş bəzi məcazlar haqqında
10)Andların janr səciyyəsi
11)Azərbaycan folklorunda xalq oyunları
12)Ana kitabımız – Dədə Qorqud. Elmi konfransın materialları (2014)
13)Cənubi Azərbaycan folklor mühitində lirik janrların bəzi xüsusiyyətləri
14)Türk ellərində Dədə Qorqud müdriklik simvolu kimi
15)Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər.
16)Geyim və bəzək əşyaları adlarının əks olunması.
Azərbaycan onomastikası, Bakı: AM (965) MMC, 2015, 319 s. (Dərs vəsaiti)
17)Ozan-aşıq sənətində təsəvvüf
18)M.Qaşqarinin “Divan”ı və Ağbaba şivəsi
19)Qərbi Azərbaycanın Ağbaba folkloru
20)Ağbaba şivəsi sözlüyü, Sumqayıt: AM (965) MMC, 2014, 278 səh.
21)El şairi B. Xəlilzadənin “Ağbaba nəğmələri” kitabı çap edilmişdir.
Elmi-tədqiqat laboratoriyası üzrə 4 kitab (3 dərs vəsaiti),  97 məqalə, 1 monoqrafiya, 14 fənn proqramı çap olunmuşdur.
8.ETL əməkdaşlarının AMEA-nın Ədəbiyyat İnstitutu və Folklor İnstitutu, ADPU-nun Filologiya fakültəsi və Folklorşünaslıq laboratoriyası, BDU-nun Filologiya fakültəsi və Azərbaycan Folkloru kafedrası, Axundov adına Dövlət kitabxanası ilə əlaqələri vardır.
9.Prof. Bayramov Aslan Əhmədxan oğlu anadan olmasının 60 iliyi münasibətilə 20 mart 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin 11/23 saylı əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 2011-ci ildə İrəvan xanlığının tarixi və mədəniyyəti sahəsindəki araşdırmalarına görə Azərbaycan Respublikası Beynəlxalq diaspor mərkəzinin fəxri diplomu, SDU-nun 50 illik yubileyi ilə əlaqədar olaraq 16.XI.2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az