Əsas səhifə | Əcnəbi tələbələr şöbəsi
Əcnəbi tələbələr şöbəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.10.2006-cı il tarixli, 781 saylı əmrinə əsasən Sumqayıt Dövlət Universitetində “Əcnəbi Tələblər Şöbəsi” yaradılıb. Şöbənin nəzdində fəaliyyət göstərən hazırlıq kursunda Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, nitqin inkişafı, nitqin elmi üslubu, informatika,riyaziyyat, ingilis dili və rus dili fənləri tədris olunur. Dərslər kafedraların uzun illər iş təcrübəsi olan müəllimlər, professor və dosentlər tərəfindən aparılır.   Şöbədə 3 əməkdaş çalışır.
Şöbənin müdiri: Məmmədova Südabə Məmməd qızı
Metodist: Abbaszadə Vüsalə Ələsgər qızı
Operator: Mənsümova  Səbinə Əmir qızı
Şöbə universitetdə daha çox əcnəbi tələbənin təhsil alması üçün yeni layihələr üzərində işləyir. Universitetimizdə Türkiyə, İran, Əfqanıstan, Pakistan, Nigeriya, İsrail, Koreya, Rusiya, Özbəkistan və Türkmənistan respublikalarının vətəndaşları təhsil almışlar. Fəxr edirik ki, universitetimizdən məzun olan əcnəbi tələbələr öz ölkələrilə yanaşı, dünyanın başqa dövlətlərində də iş karyeralarına uğurla başlayırlar.
Tələbəlik həyatını maraqlı keçirmək və dostluq münasibətlərini möhkəmləndirmək məqsədilə həm Azərbaycanın, həm də əcnəbilərin təmsil etdiyi dövlətlərin milli bayramları və xüsusi günləri birlikdə qeyd olunur.
Əcnəbi tələbələr təhsillə yanaşı universitetin ictimai həyatında da fəal iştirak edirlər.  Onlar müxtəlif tədbirlərdə, idman yarışlarında universitetimizi layiqincə təmsil edirlər.
Əcnəbi tələbələrin Azərbaycana olan maraq dairəsini genişləndirmək üçün Respublikamızın görməli yerlərinə ekskursiyalar təşkil olunur.
Biz hər bir xarici ölkə vətəndaşını təhsil almaq üçün  universitetimizə dəvət edirik.
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1.
Telefon:(+994-12)  497-80-62
Mob:(+994) 55  7525219
Faks: (+994-12) 448 44 51 
E-mail:sdu.hazirliq@gmail.com

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az