Klub
Tələbə və gənclər klubu Sumqayıt Dövlət Universitetində 2000-ci ildən fəaliyyət göstərir. 2015-ci ildən kluba Quliyeva Xalidə Pənah qızı rəhbərlik edir. Fəaliyyətə başladığı ilk gündən klubun əməkdaşları mədəni-kütləvi tədbirlərin, əlamətdar günlərin yüksək səviyyədə keçirilməsi üçün böyük həvəslə çalışmış və aşağıdakı fəxri fərmanlarla təltif olunmuşlar.
1. 24.09.2015. Qurban bayramı münasibəti ilə hərbi hissədə şəxsi heyət üçün  təşkil olunmuş tədbirdə fəal iştirak etdiyinə görə
2. 20.03.2016. Novruz bayramı münasibətilə əlaqədar olaraq hərbi hissəmizdə keçirilən bayram tədbirində fəal iştirak etdiyinə görə
3. 26.06.2016. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına görə
 Klubun nəzdində oğlanlardan və qızlardan ibarət “Səma” rəqs qrupu fəaliyyət göstərir (əvvəllər “Nostalji” rəqs qrupu adlandırılıb. Rəqsin bədii rəhbəri Gülnarə Abasovadır). Hal-hazırda “Səma” rəqs qrupu  kimi fəaliyyət göstərən rəqs ansamblı aşağıdakı mükafatlarla təltif olunmuşdur: 1.Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Sumqayıt şəhər Gənclər, idman və turizm baş idarəsi tərəfindən 2001-ci ildə “Nostalji” komandasına fəxri fərman təltif edilmişdir. 
2. Bakı şəhəri 2 Fevral Azərbaycan Gənclər Günü münasibətilə təhsildə və yaradıcılıqda əldə etdiyi nəaliyyətlərə görə SDU-nun “Nostalji” komandası 2002-ci ildə diplomla təltif edilmişdir.
3. 2002-ci ildə AzTV və Yaradıcı Gənclər Birliyi “7 Gözəl” qızlar üçün intelektual-əyləncəli teleoyunun 3 illik yubileyi ilə “Nostalji” komandası II çempion fəxri diplomu ilə təltif olunmuşdur.
4. 2003-cü ildə AzTV və Yaradıcı Gənclər Birliyi “7 Gözəl” qızlar üçün intelektual-əyləncəli teleoyunun Həmrəylik Gününə həsr olunmuş V Respublika çempionatında “Nostalji” komandası fəxri diplomla təltif olunmuşdur. 
5.2013-cü ildə “Heydər Əliyev – 90” Ali məktəb tələbələrinin bədii yaradıcılıq festifalı. Müasir rəqslər üzrə Sumqayıt Dövlət Universitetinin rəqs qrupu II yerə layiq görülmüşdür. 
6.2015-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi“Tələbə baharı” IX Ümumrespublika Tələbə Yaradıcılıq Festivalı. Milli rəqslər nominasiyası üzrə Sumqayıt Dövlət Universitetinin rəqs qrupu III yerə layiq görülmüşdür.
“Renessans”  dram dərnəyi 2003-cü ildən fakültələrdə seçilən istedadlı tələbələrdən təşkil olunmuşdur. İnsanların dünyagörüşünün formalaşması və gənclərin maariflənməsi üçün teatrın rolu əvəzsizdir. “Renessans”  tələbə teatrı klub yarandığı vaxtdan fəaliyyət göstərir. Tələbə teatrının repertuarı, əsasən, klassik Azərbaycan yazıçılarının, dramaturqlarının və şairlərinin əsərlərindən təşkil olunur. M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” əsəri, Ə.Haqverdiyevin “Ədalət qapıları” əsəri, S.Vurğunun “Vaqif” dramı və bir neçə səhnəciklər də uğurla səhnələşdirilmişdir.
SDU-nun musiqi dərnəyinin bədii rəhbəri Zaur Səfərovdur.Hal-hazırda Z.Səfərovun rəhbərliyi altında “Bəyaz” instrumental  ansamblı fəaliyyət göstərir. SDU-nun ictimai işlərində, bayram tədbirlərində dəfələrlə çıxış etməklə yanaşı, dəfələrlə qocalar evində, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Saray 7 saylı internat evində, hərbi hissələrdə təmənnasız konsert proqramı ilə çıxış etmişdir.
Onu da qeyd edək ki, Z.Səfərovun rəhbərliyi altında çalışan xor qrupu  2015-ci ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş məktəb tələbələrinin bədii yaradıcılıq festivalında III yerə layiq görülmüşdür.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az