Əsas səhifə | Tarix və coğrafiya | Azərbaycan və Şərqi Avropa xalqları tarixi
Azərbaycan və Şərqi Avropa xalqları tarixi

 1. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29.03.2017-ci il tarixli (06 saylı protokol) qərarına əsasən fakültələr üzrə aparılan struktur dəyişikliyinə görə Azərbaycan tarixi kafedrası Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası adı ilə fəaliyyət göstərir.

2. Kafedrada 3 nəfər professor, 4 nəfər dosent, 3 nəfər baş müəllim və 1 nəfər müəllim fəaliyyət göstərir.
1. T.e.d., prof. Səlimov Şirxan Dadaş oğlu
2. T.e.d., prof. Baxşəliyev Adil Baxşəli oğlu
3. T.e.d., prof. Bayramov Zabil Həsrət oğlu
4. Dosent Məmmədli Bəhram İdris oğlu
5. Dosent Məmmədov Rafail Yusif oğlu
6. Dosent İsayev Əmirxan İsmayıl oğlu
7. Dosent Xəlilov Elmar Şirinbala oğlu
8. B.m. Qocayev Samin Məhiyəddin oğlu
9. B.m. Cəfərov Pərviz Tahir oğlu
10. B.m. Məhərrəmov Samir Qasım oğlu
11. Müəllim Hacıyeva Məhbubə Camal qızı
12. B.l. Şamilova Aysel Məhəmməd qızı
13. Laborant Bayramova Ülviyyə Məmməd qızı
14. 0,5 Laborant Cəbiyeva Günay Əlican qızı
 
3. Kafedrada 4 nəfər dissertant, 5 nəfər doktorant elmi işlə məşğul olur.
 
4. Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasında tədris olunan fənlərin siyahısı
Bakalavriat pilləsi üzrə:
1. Azərbaycan tarixi
2. Azərbaycan tarixinin tarixşünaslığı
3. Azərbaycan tarixinin mənbəşünaslığı
4. Azərbaycanın tarixi siyasi coğrafiyası
5. Toponomika
6. XX əsrin ictimai siyasi prosesləri
7. Muzeyşünaslıq
8. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
9. Slavyan ölkələri tarixi
10. Şərqi Avropa xalqları tarixi
Magistratura pilləsi üzrə:
1. Azərbaycan VII-XII əsrlərdə
2. Azərbaycan Respublikası müstəqillik yollarında
3. Azərbaycanın epiqrafik abidələrinin mənbəşünaslıq problemləri
4. Azərbaycanın tarixi demoqrafiyası
5. Azərbaycanda kapitalizmin tarixi problemləri
6. Azərbaycanın yeni və ən yeni tarixinin mənbəşünaslığı
7. H. Əliyev və Azərbaycanın milli qurtuluşu
8. XIX-XX əsr mədəniyyət tarixi
9. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqələri
10.Azərbaycan Demokratik Respublikası
11. Şəhər tarixi məsələləri
12. Xanlıqlar, sultanlıqlar və rus müstəmləkəçiliyi dövründə aqrar münasibətlər
 
5. Kafedranın elmi istiqaməti “Azərbaycanın azadlıq mübarizəsi tarixindən” mövzusu üzrə elmi tədqiqat işləri aparılır.
 
6. Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 2 dərslik, 3 dərs vəsaiti, 7 metodik vəsait, 4 monoqrafiya, 330 elmi məqalə, 55 tezis, 10 fənn proqramı nəşr olunmuş və 10 sillabus hazırlanmışdır.
 
7. Kafedranın əməkdaşlarının A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Pedaqoji Universiteti ilə əlaqəsi vardır.
 
8. Mükafatlar. Prof. Ş.D.Səlimov.
Kafedranın müdiri t.e.d, professor Şirxan Dadaş oğlu Səlimov Səmərəli pedoqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı (2012) və Sumqayıt Şəhər İcra hakimiyyətinin Fəxri Fərmanı ilə (2016) təltif olunmuşdur.
Prof.A.B.Baxşəliyev.
1.2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2.2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Dosent Ə.İ.İsayev.
2012-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təhsilin inkişafındakı xidmətinə görə” və “Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə” Fəxri Fərmanlar ilə təltif olunmuşdur.
Kafedranın dosenti E.Ş.Xəlilov.
1.Sumqayıt Dövlət Universiteti tərəfindən Təhsil işçilərinin peşə bayramı-“Müəllimlər Günü”münasibətilə 5 oktyabr 2007-ci il tarixli Fəxri Fərmanla təltif edilib.
2.Azərbaycan Respublikası Təhsil Nazirliyinin, SDU, 14 noyabr 2008-ci ildə “Universitetin ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif edilib.
3.Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, 26 dekabr 2008-ci ildə “İctimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif edilib.
4.2012-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təhsilin inkişafındakı xidmətinə görə” və “Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə” Fəxri Fərmanla təltif edilmişdir.
5.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən “Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə” 29 dekabr 2016-cı il tarixində Fəxri Fərmanla təltif edilib.
6.Dosent. B.İ.Məmmədli
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az