Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Təbiət Elmləri | Tətbiqi kimya elmi-tədqiqat laboratoriyası
Tətbiqi kimya elmi-tədqiqat laboratoriyası
Tətbiqi kimya ETL Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2010-cu il tarixli 1640 №-li əmrinə əsasən, SDU-nun rektorunun 14.08.10-cu il tarixli 267/06 say-lı əmri ilə yaradılmışdır.
“Tətbiqi kimya” ETL SDU-nun Kimya və biologiya fakultəsinin tərkibində 2010-cu ildən fəaliyyət göstərir. 2010-2014-illərdə laboratoriyaya k.e.d. prof. Rəsulzadə Niyazi Şahid oğlu rəhbərlik etmişdir. Həmin illərdə laboratoriya əməkdaşları “Etilen-propilen sopolimerləri və poliizopren əsasında motor yağlarının sintezi prosesinin tədqiqi, prosesin texnoloji sxeminin işlənməsi və pilot qurğusunun hazırlanması” mövzusunda tədqiqatlar aparmışlar.
2014-cü ildən 2015-ci ilə qədər laboratoriyaya rəhbərlik içtimai əsaslarla laboratoriyanın baş elmi işçisi t.e.n.Hətəmov Mətləb Murtuz oğluna həvalə olunmuşdur.
2015-ci ildə laboratoriyaya k.e.d. prof. Aşurov Dursun Əhməd oğlu rəhbərlik etmişdir.
Mövzu: Duzlu dəniz suyunun anodda oksidləşməsi ilə natrium hipoxloritin alınması.
2017-ci ilin mart ayından hal-hazırkı dövrə qədər laboratoriya rəhbəri vəzifəsini Hətəmov Mətləb Murtuz oğlu icra edir.
“Ətraf mühitin monitorinqi” ETL 01.02.2001-ci il tarixində Azərbaycan Respub-likası Təhsil Nazirliyinin 91 saylı əmrinə əsasən yaradılıb.
Laboratoriya 2001-ci ilin iyun ayından fəaliyyət göstərir. Laboratoriyaya 2001-2004-cü illərdə k.e.n. Ə.Ə. Eyyubov, 2004-2017 illərdə isə k.e.n. dos. C.V. Məmmədov rəhbərlik etmişdir. Hal–hazırda laboratoriya əməkdaşları “Sellülozanın aktivləşdirilməsi üsulları” mövzusu üzrə elmi-tədqiqat işi ilə məşğul olurlar. Laboratoriyanın fəaliyyəti dövründə Az.Res.-nın və APT-nin patentləri alınmış, respublikada və xaricdə məqalə və tezislər nəşr olunmuşdur.
2018-ci ilin noyabr ayından etibarən Ətraf mühitin monitorinqi ETL Tətbiqi kimya ETL-sı ilə birləşmiş və Neft kimyası və kimya mühəndisliyi kafedrasının nəzdində Tətbiqi kimya ETL adı ilə fəaliyyət göstərir. Laboratoriyaya texnika üzrə fəlsəfə doktoru, dos.M.M.Hətəmov rəhbərlik edir. Laboratoriyada Duzlu suların anodda oksidləşdirilməsi nəticəsində natrium hipoxloritin alınması prosesinin tədqiqi mövzusu üzərində elmi- tədqiqat işləri aparılır.
Laboratoriyada 6 (altı) əməkdaş, o cümlədən 2 (iki) elmlər namizədi, bir elmi işçi, 2(iki) kiçik elmi işçi və bir baş laborant çalışır. 2(iki) dissertant və bir doktorant elmi işlə məşğul olur.
1.Hətəmov Mətləb Murğuz oğlu laboratoriya müdiri.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsini kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirmişdir. Polimer Materialları İnistitutunda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.
1981-1982-ci illərdə Moskvada Elektrokimya İnistitutunda elmi təcrübə keçmiş, 1985-ci ildə dissertasiya işini müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1993-cü ilin fevralından 2002-ci ilə qədər “Azərikimya”DŞ-də mütəxəsis və aparıcı mütəxəsisis, baş mütəxəsis və şöbə rəisi vəzifələrində çalışmışdır. 2002-ci ildən 2009-cu ilə qədər “Azərikimya”DS-nin “Etilen-Polietilen zavodunda şöbə müdiri vəzifəsində işləmişdir.
2009-cu ildə SDU-nin Elektroenergetikanın problemləri ETL-də böyük elmi işçi vəzifəsinə qəbul olunmuş, 2010-cu ildən SDU-nun Tətbiqi kimya ETL-də baş elmi işçi vəzifəsinə keçirilmişdir. 2017-ci ilin mart ayından laboratoriya rəhbəri vəzifəsini icra edir. Neft kimyası və kimya mühəndisliyi kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.
2. İmaməliyev Ağalar Bəylər oğlu böyük elmi işçi.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakultəsini kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirmişdir. 1967-1976-cı illərdə Qərbi Azərbayca-nın Qafan şəhərində 4 saylı orta məktəbdə kimya müəllimi, 1976-cı ildən Bakı Mərkəzi Təkmilləşdirmə İnstitutunda metodist işləmişdir. 1979-cu ildə AMEA-nın Xlor-Üzvi Sintez İnsititutunda aspiranturaya daxil olmuş və 1991-ci ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildən Sumqayıt şəhər 35 saylı orta məktəbdə müəllim işləmiş, 2012-ci ildə SDU-nun Elektroenergetikanın problemləri ETL-nə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. 01.03.2017-ci ildən Tətbiqi kimya ETL-də böyük elmi işçi vəzifəsinə keçirilmişdir.
3. Şahgəldiyev Füzuli Xanəli oğlu elmi işçi.
1990-cı ildə indiki Sankt-Peterburq Dövlət Texniki Universitetini (Tİ) mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir. 1990-1996-cı illərdə Superfosfat zavodunda növbə rəisi, 2011-ci ildən isə SDU-nun Ətraf mühitin monitorinqi ETl-sında elmi işçi vəzifəsində çalışır. 2012/13 dərs ilində „Ümumi və qeyri-üzvi kimya“ kafedrasında saat hesabı dərs demişdir. Hal-hazırda SDU-nun Kimya və onun tədrisi metodikası kafedrasının dissertantıdır.
4. Abdullayeva Minayə Bilal qızı kiçik elmi işçi.
1988-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya insititutunun Sumqayıt filialının Kimya Texnalogiya fakultəsini bitirmiş və kimyaçı texnoloq, mühəndis ixtisası almışdır. 1988-1989-сu illərdə təyinatla Sumqayit şəhərindəki Kimya zavoduna göndərilmiş və laborant vəzifəsinə qəbul olunmuşdur. 1989-1992-ci ildə RF-nin Tomsk şəhərində Kimya laboratoriyasında laborant işləmişdir. 1993-1998-ci ildə Azərkimya TTQİ-də kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləmişdir. 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin “Yarımkeçiricilər və dielektriklər fizikası” ETL-da kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 2014-cü ildən SDU-nun Tətbiqi kimya ETL-da kiçik elmi işçi vəzifəsində işləyir. Hal-hazırda SDU-nun Kimya və onun tədrisi metodikası kafedrasının dissertantıdır.
5. Adilova Ləman İsmi qızı kiçik elmi işçi.
1988-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya insititutunun Sumqayıt filialının Kimya Texnalogiya fakultəsini bitirmiş və kimyaçı texnoloq, mühəndis ixtisası almışdır. 1981-ci ildən M.Əzizbəyov adına Kimya İstehsalat Birliyində layihə-konstruktor şöbəsində mühəndis, 2004-cü ildən isə SDU-da „Ətraf mühitin monitorinqi“ ETL-da kiçik elmi işçi vəzifəsində işləmişdir. Hal-hazırda Tətbiqi kimya ETL-da kiçik elmi işçi vəzifəsində çalışır.
6. Səfərova Gülgün Mehman qızı baş laborant.
1998-2002-ci illərdə BDU-nun Kimya fakultəsinin bakalavr pilləsini, 2004-2006-cı illərdə isə həmin universitetin magistr pilləsini Təbii və fizioloji fəal maddələr kimyası ixtisası üzrə bitirmişdir. 2002-2005-ci illərdə Laçın rayon Hacısamlı kənd orta məktəbində kimya müəllimi işləmiş, 2006-2011-ci illərdə SDU-nun Analitik kimya kafedrasında laboratoriya müdiri, 2009/10-cu tədris ilində saat hesabı ilə dərs demişdir. 2011-dən Ətraf mühitin monitorinqi ETl-sında baş laborant işləmişdir. Hal-hazırda Tətbiqi kimya ETL-da baş laborant vəzifəsində çalışır. AMEA-nın Polimer Materialları İnstitutunun doktorantıdır.
Tətbiqi kimya və Ətraf mühitin monitorinqi ETL-nin fəaliyyəti dövründə əmək-daşlar tərəfindən Az.Res-nın və Avroasiya Patent Təşkilatının 29 patenti alınmış, respublikada və xaricdə yüzdən çox məqalə və tezislər nəşr etdirilmişdir. Laboratoriya əməkdaşları Az.Res-nın “Startup” və “Sabahın alimləri” layihələrində, respublika və beynəlxalq elmi konfranslarda mütəmadi iştirak edirlər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az