Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Təbiət Elmləri | Biologiya və onun tədrisi metodikası
Biologiya və onun tədrisi metodikası
Biologiya və onun tədrisi metodikası kafedrası 2002-ci ilin iyulunda Təbiətşünaslıq kafedrası adı ilə fəaliyyətə başlamışdır. Kafedranın yaradılmasında əsas məqsəd universitetin bütün ixtisaslarında müasir təbiətşunaslığın konsepsiyaları fənnini tədris etməklə yanaşı, biologiya və coğrafiya istiqamətlərini yaratmaqdan ibarət olmuşdur. Kafedranın təşkilində prof. Ə.B.Məmmədov, dos.V.S.İsmayılov, dos.R.İ.Bəşirov fəal iştirak etmişlər.Kafedranın ilk rəhbəri isə dos.V.S.İsmayılov olmuşdur.2005-ci ildən kafedranın adı dəyişdirilmiş və Ümumi biologiya və təbiətşunaslığın əsasları adlandırılmışdır. 2007-ci ildə Ümumi biologiya və təbiətşünaslığın əsasları kafedrası Ümumi biologiya kafedrası adlandırılıb və onun bir hissəsi isə ayrılaraq, Eksperimental biologiya kafedrası adı altında fəaliyyət göstərmişdir. Ümumi biologiya kafedrasına dos.R.İ.Bəşirov, Eksperimental biologiya kafedrasına dos.Ə.H.Qədimov rəhbərlik etmişlər.2009-cu ildə Zoologiya və Kimya və biologiyanın tədrisi metodikası kafedralarının nəzdində Biologiya və coğrafiyanın tədrisi metodikası kafedrası yaradılmış və həmin kafedraya Arzu Yelmar oğlu Baxşəliyev rəhbərlik etmişdir. 2010-cu ildə Ümumi biologiya kafedrası Zoologiya, Eksperimental biologiya kafedrası isə Botanika kafedrası adlandırılmışdır. Zoologiya kafedrasına dos.N.R.Namazov, Botanika kafedrasına dos.A.Q.Qarayeva rəhbərlik etmişdir. 2013-cü ildə Zoologiya və Biologiya və coğrafiyanın tədrisi metodikası kafedraları birləşərək, Biologiyanın tədrisi və zoologiya kafedrası adlandırılmış və kafedraya Arzu Yelmar oğlu Baxşəliyev rəhbərlik etmişdir.2013-cü ildən isə Elmi Şuranın qərarı ilə kafedranın adı dəyişdirilərək Zoologiya və insan fiziologiyası kafedrası adlandırılmışdır. Elmi Şuranın 29.03.2017-ci il tarixli qərarına əsasən Zoologiya və insan fiziologiyası kafedrası ilə Botanika kafedraları birləşdirilərək, Biologiya və onun tədrisi metodikası kafedrası adlandırılmışdır. Hal-hazırda kafedraya Arzu Yelmar oğlu Baxşəliyev rəhbərlik edir.
Kafedrada 9 dosent, 7 baş müəllim, 4 assistent fəaliyyət göstərir.
1. Baxşəliyev Arzu Yelmar oğlu – kafedra müdiri, 05 ştat dosent
2. Muradov Pənah Zülfüqar oğlu – b.e.d., 0,5 ştat professor
3. Qarayeva Amalya Qasım qızı – a.e.f.d., dosent
4. Sultanova Natella Həsənxan qızı – b.f.d., dosent
5. Həsənov Xanəhməd Əbilhəsən oğlu – b.f.d., dosent
6. Hüseynov Rafiq Əzizağa oğlu – b.f.d., dosent
7. Məmmədova Hüsniyə Qara qızı – tex.f.d., dosent
8. Namazov Nizami Rza oğlu – b.f.d., 0.5 ştat dosent
9. Bunyatova Lalə Novruz qızı – b.f.d., dosent
10. İsayeva Kəmalə Kəmaləddin qızı – b.f.d., dosent
11. Əlizadə Kəmalə Seyfəddin qızı – b.f.d., assistent
12. Yunusov Taleh Məmmədşah oğlu – b.f.d.,baş müəllim
13. Axundova Sevil Məhərrəm qızı – b.f.d., baş müəllim
14. Ağayeva Aysel Nuhbala qızı – b.f.d., baş müəllim
15. Həsənova Arzu Rəsul qızı- b.f.d., dosent
16. Əliyev Fikrət Tofiq oğlu – b.f.d., baş müəllim
17. Qəhrəmanova Aidə Yarış qızı - b.f.d., assistent
18. Ağayeva Zərbab Təvəkgül qızı – b.f.d., dosent
19. Məmmədova Mehriban Yusif qızı – baş müəllim
20. Məmmədova Günay İsrafil qızı – a.e.f.d.., 0,5 ştat assistant
21. Azadəliyeva Səadət Fəmahil qızı – baş müəllim
22. Bağırova Çinarə Ziyafət qızı – laboratoriya müdiri
23. Bədirova Arzu İnşalla qızı – laborant
24. Həşimova Pərvin Mirdamət qızı- laborant
25. Əhmədova Aynur Barat qızı – assistent
26. Zeynalova Nigar Hamlet qızı – laborant
27. Hüseynova Zinyət Fərman qızı – preparator
Kafedrada 1 doktorant, 5 dissertant, 21 magistrant elmi işlə məşğul olur.
050505−Biologiya, 050110−Biologiya müəllimliyi, 050112 Kimya və biologiya müəllimliyi
Bakalavr pilləsi üzrə
Bioloji elmlər üçün riyaziyyat və biostatistika
Sitologiya və histologiya
Sitologiya
Fərdi inkişaf və təkamül
Bitkilərin morfologiyası və anatomiyası
İbtidai bitkilər və göbələklər
Ali bitkilər
Bitkilərin sistematikası
Onurğasız heyvanlar
Onurğasızlar zoologiyası
Onurğalılar zoologiyası
Onurğalı heyvanlar
İnsan anatomiyası və fiziologiyası
Biokİmya
Biomüxtəliflik
Mikrobiologiya
Bitki fiziologiyası
Genetika
Genetika və seleksiya
Təkamül təlimi
Enzimologiya
İmmunologiya
Biotexnologiya
Molekulyar biologiya
Biofizika
Azərbaycanın flora və faunası
Virusologiya
Sənaye mikrobiologiyası
Mərkəzi sinir sistemi
Entomologiya
Onurğalı heyvanların ekologiyası
Bitki coğrafiyası
Ali sinif fəaliyyəti və sensor sistemin fiziologiyası
Mikologiya
Biologiyanın tədrisi metodikası
Psixofiziologiya
Kafedrada 4 ixtisas üzrə magistr hazırlanır:
060505-Mikrobiologiya
1. Mikroorqanizmlərin genetikası
2. Mikrobioloji müayinə üsulları
3. Tibbi mikrobiologiya
4. Sənaye mikrobiologiyasının əsasları
5. Su mikrobiologiyası
6. Aktinomisetlərin biologiyası
7. Virusologiyanın əsasları
8. Maya göbələklərinin biologiyası
9. Mikroorqanizmlərin becərilmə üsulları
10. Biologiyanın müasir problemləri
11. Biologiyanın tarixi və metodologiyası
12. Böyük ixtisas təcrübəsi
060505-Genetika
1. Fərdi inkişafın genetikası
2. Molekulyar genetika
3. Ekoloji genetika
4. Bitki genetikası
5. Təkamülün genetikası
6. İmmun sisteminin genetikası
7. Gen mühəndisliyi
8. Biologiyanın müasir problemləri
9. Biologiyanın tarixi və metodologiyası
10. Böyük ixtisas təcrübəsi
11. Bitkilərin seleksiyası
12. Tətbiqi mutagenez
060505-Mikologiya
1. Göbələklərin müasir təsnifatı
2. Texniki mikologiya
3. Yırtıcı göbələklər
4. Qeyri-müəyyən göbələklər
5. Tətbiqi mikologiya
6. Tərəvəz bitki xəstəlikləri
7. Göbələklərin fiziologiyası
8. Fitopatologiya
9. Biologiyanın müasir problemləri
11.Biologiyanın tarixi və metodologiyası
12. Böyük ixtisas təcrübəsi
060109 – Biologiya müəllimliyi
1. Biologiyanın tədrisi metodikasının müasir problemləri
2. Biologiyanın tədrisi metodikasının tarixi və metodologiyası
3. Məktəb biologiya kursunun elmi-nəzəri əsasları
4. Bioloji anlayışların tədrisi metodikası
5. Biologiyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
6. Biologiya fənlərinin tədrisi metodikası
7. Biologiyadan pedaqoji təcrübənin təşkili və keçirilməsi
8. Biologiyanın tədrisində yeni təlim metodları
9. Biologiyanın öyrədilməsində iqtisadi, ekoloji təhsil və tərbiyə
10. Biologiyanın tədrisində təbiət elmləri arasında əlaqənin rolu
11. Biologiya təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri
12. Biologiyanın nəzəriyyəsi və qanunlarının öyrənilməsi
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az