Əsas səhifə | Kimya və biologiya | Kimya və onun tədrisi metodikası
Kimya və onun tədrisi metodikası
1.Kimya və onun tədrisi metodikası kafedrası 1972-ci ildən Qeyri-üzvi və fiziki kimya adı ilə ümumtəhsil kafedrası kimi fəaliyyət göstərir. Kafedranın təşkilində və formalaşmasında kimya elmləri namizədi, professor İsmayıl Sadıqovun böyük xidməti olmuşdur.  O, 1972-1974-cü illərdə kafedranın ilk müdiri olmuşdur. 1974-1986-cı illərdə kafedraya dos.Rəsul Cəlilov rəhbərlik etmişdir.1985-ci ildə kafedranın bazası əsasında yeni, ixtisasyönümlü Elektrokimyəvi istehsalın texnologiyası kafedrası (kafedra müdiri dos.Şəmsəddin Novruzov) yaradılmışdır.Fiziki kimya fənni yeni yaranan kafedra tərəfindən tədris edildiyindən kafedra 1985-ci ildən Ümumi kimya, 1996-cı ildən isə Kimya kafedrası adlandırılmışdır. 1986-cı ildən 2004-cü ilə kimi kafedraya k.e.d., professor Ramiz Sultanov rəhbərlik etmişdir. 
Universitetdə pedaqoji yönümlü yeni ixtisasların açılması ilə əlaqədar olaraq Kimya kafedrasının bazası əsasında 2001-ci ildə Ümumi və qeyri-üzvi kimya (kafedra müdiri dos.Rəşid Qəhrəmanov – 2001-2015, prof. Muxtar Səmədov 2015-2017-ci illər), 2004-cü ildə Analitik kimya (kafedra müdiri dos.Hümbət Eminov), 2005-ci ildə isə Kimyanın tədrisi metodikası (kafedra müdiri dos.Ağaisa Əskərov) kafedraları yaradılmış və Universitet Elmi Şurasının qərarı ilə Kimya kafedrası 2004-cü ildə Üzvi və fiziki kimya kafedrası (kafedra müdiri dos. Musa Mustafayev – 2004-2017-ci il) adlandırılmışdır. 
2016/2017-ci tədris ilində Kimyanın tədrisi metodikası kafedrası Ümumi və qeyri-üzvi kimya kafedrasına birləşdirilmişdir. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29 mart 2017-ci il tarixli iclasının (protokol 06) qərarı ilə Ümumi və qeyri-üzvi kimya və Üzvi və fiziki kimya kafedraları birləşdirilmiş və kafedra Kimya və onun tədrisi metodikası adlandırılmışdır. Kafedra müdiri dos. Musa Mustafayevdir.  
2.Kafedrada 1 nəfər professor, 11 nəfər k.e.n., dosent, 2 nəfər baş müəllim, 2 nəfər k.f.d., assistent, 3 nəfər assistent və 1 nəfət 0.5 ştat assistent fəaliyyət göstərir.
3.Kafedra əməkdaşlarının siyahısı:
1.Mustafayev Musa Musa oğlu – kafedra müdiri, 0.5 ştat dosent
2.Pirquliyeva Mətanət Səfər qızı - 0.5 ştat dosent
3.Səmədov Muxtar Məmməd oğlu - 0.5 ştat professor
4.Sarıyev Həsən Əzim oğlu – dosent
5.Məmmədov Fikrət Əlisahib oğlu – dosent
6.Qəhrəmanov Rəşid Fərrux oğlu – dosent
7.Orucov Kamal Canəhməd oğlu – dosent
8.Əskərov Ağaisa Bayraməli oğlu – dosent
9.Dünyamalıyev Əhməd Dünyamalı oğlu – dosent
10.Əliyeva Aida Qəzənfər qızı – dosent
11.Əhmədov Vəliyəddin Nüsrət oğlu – dosent
12.Quliyeva Gülzar Nizam qızı – dosent
13.Seyidova Əntiqə Nəsib qızı – baş müəllim
14.Cavadova Sadəgül Həsən qızı – baş müəllim
15.Niyazova Aytən Ağaisa qızı – k.f.d., assistent
16.Məmmədova Aynur Alim qızı – k.f.d., assistent
17.Adıgözəlova Xanım Əlibala qızı – assistent
18.Abdullayeva Hüsniyyə Bəhram qızı – assistent
19.Məhərrəmova Aida Saleh qızı – assistent
20.Abiyeva Arzu Yunis qızı – 0.5 ştat assistent 
21.Mahmudova Rəhilə Əmirsultan qızı – laboratoriya müdiri
22.Əhmədova Firuzə Famil qızı - laboratoriya müdiri
23.Əliyeva Səadət Gəray qızı – böyük laborant
24.Sadıqova Dilarə Ağayar qızı - böyük laborant
25.Gülmalıyeva Afət Əhməd qızı – laborant
26.Quliyeva Cəmilə Qabil qızı – preparator
27.Həsənova Simnarə Sədrəddin qızı – preparator
28.Əliyeva Sürayə Niyaz qızı – preparator.
4.Kafedrada elmlər doktoru proqramı üzrə 1 dissertant, fəlsəfə doktoru proqramı üzrə 2 dissertant və 16 magistrant elmi-tədqiqatlarla məşğul olur.  
5.Kafedrada bakalavriatura və magistratura səviyyələrində aşağıdakı fənlər tədris olunur:
Bakalavr səviyyəsi üzrə 
1.Kimya
2.Kimya-1 (Ümumi kimya)
3.Ümumi kimya
4.Qeyri-üzvi kimya 
5.Qeyri-üzvi kimya-1,2 
6.Ümumi və qeyri-üzvi kimya-1,2 
7.Üzvi kimya 
8.Üzvi kimya-1,2,3
9.Kimya-2 (Analitik və fiziki-kolloid kimya) 
10.Kimya-3 (Üzvi kimya) 
11.Fiziki kimya 
12.Fiziki kimya-1,2 
13.Fiziki-kolloid kimya 
14.Kolloid kimya
15.Elementüzvi birləşmələr kimyası 
16.Fiziki-tədqiqat metodları
17.Kristallokimya 
18.Yarımkeçiricilər kimyası 
19.Bərk cisimlər kimyası
20.Tədrisdə kurikulumun əsasları
21.Kimyanın tədrisi metodikası
22.Ətraf aləmin kimyası
Magistratura səviyyəsi üzrə
060504 – Kimya ixtisası, Qeyri-üzvi kimya ixtisaslaşması
1.Kimyanın müasir problemləri
2.Qeyri-üzvi kimyanın nəzəri əsasları
3.Qeyri-üzvi materialşünaslıq
4.Bərk cisimlər kimyası
5.Qeyri-üzvi sintezin əsasları
6.Mineral turşu və dusların sintezinin əsasları
7.Təbii qeyri-üzvi birləşmələr kimyası
8.Kimyanın tarixi və metodologiyası
9.Qeyri-üzvi maddələrin tədqiqat üsulları
10.Fiziki-kimyəvi analiz
11.İkikomponentli sistemlər
12.Kristallokimyanın nəzəri əsasları
13.Tədqiqat üsulları
060504 – Kimya ixtisası, Üzvi kimya ixtisaslaşması
1.Kimyanın müasir problemləri
2.Üzvi kimyanın nəzəri əsasları
3.Kimyanın tarixi və metodologiyası 
4.Stereokimya
5.Hetоrоtsiklik birləşmələr
6.Metalüzvi birləşmələr kimyası  
7.Zərif-üzvi sintez
8.Elementüzvi birləşmələr
9.Dərman maddələrinin sintezi
10.Kоnformasiya analizi
11.Bоyaq maddələrinin kimyası
12.Bioüzvi, təbii və fizioloji fəal birləşmələr kimyası
13.Tədqiqat üsulları
060504 – Kimya ixtisası, Fiziki kimya ixtisaslaşmasın
1.Kimyanın müasir problemləri
2.Tətbiqi elektrokimya
3.Termokimya və kalorimetriya
4.Məhlulların termodinamikası
5.Faza tarazlığının termodinamikası
6.Elektrolit məhlullar nəzəriyyəsi
7.Kimyəvi kinetika
8.Kataliz
9.Fiziki-kimyəvi analiz
10.Səth hadisələri
11.Kimyəvi tarazlıq
12.Kimyanın tarixi və metodologiyası
13.Tədqiqat üsulları
060110 – Kimya müəllimliyi ixtisası, Kimyanın tədrisi metodikası və metodologiyası ixtisaslaşması  
1.Kimyanın tədrisi metodikasının müasir problemləri
2.Kimya kabinəsi və laboratoriyanın təşkili
3.Kimya tədrisində təbiət elmləri arasında əlaqənin rolu 
4.Kimyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
5.Kimya təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri 
6.Kimyanın öyrədilməsində iqtisadi və ekoloji təhsil və tərbiyə
7.Təfəkkürün inkişafında kimya dilinin rolu
8.Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası 
9.Kimyanın ali məktəbdə tədrisi metodikası
10.Kimyadan çətinləşdirilmiş məsələlərin həlli
11.Kimyada pedaqoji təcrübənin təşkili və keçirilməsi 
12.Kimya və təcrübə işinin metodikası
13.Tədqiqat üsulları
6.Kafedranın elmi istiqamətləri aşağıdakılardır:
- 2306.01-Üzvi kimya. Mövzu: Karbo- və heterofunksional silisiumüzvi monomerlərin sintezi və xassələri.
- 3303.01-Kimya texnologiyası və mühəndisliyi. Mövzu: Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması reaksiyasının nəzəri əsasları
7.Kafedranın əsas elmi nəticələri:
Kafedra üzrə son 5 ildə 7 kitab, 200-dən çox elmi məqalə və məruzə tezisləri, o cümlədən 12 elmi məqalə xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuş, 8 patent alınmışdır.72 fənn proqramı, o cümlədən, 6 fənn proqramı Təhsil Nazirliyinin qrifi ilə, 96 sillabus, 7 dərs vəsaiti, və 2 metodik vəsait nəşr olunmuşdur.   
8.Kimya və onun tədrisi metodikası kafedrasının əməkdaşlarının Baki Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, AMEA-nın Polimer Materialları, Aşqarlar Kimyası, Neft- Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutları, Tbilisi Dövlət Universiteti, Rusiya EA-nın Zelinski adına Moskva Üzvi Kimya İnstitutu, Riqa Üzvi Sintez İnstitutu, Ufa Dövlət Neft Texniki Universiteti, Pskov Dövlət Universiteti, Rusiya Kimya-Texnologiya Universiteti, Rusiya EA-nın Sibir bölməsinin İrkutsk Kimya İnstitutu ilə elmi əlaqələri vardır.
9.Kafedra əməkdaşından 2 nəfəri “Əməkdar müəllim2 fəxri adı ilə, 1 nəfəri “Tərəqqi” medalı ilə, 4 nəfəri isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 
8.Kafedra əməkdaşlarının Bakı DövlətUniversiteti,  Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA-nın Polimer Materialları İnstitutuvə s. ali təhsil və elmi-tədqiqat institutları ilə əlaqəsi vardır. 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az