Əsas səhifə | Riyaziyyat | Diferensial tənliklər və optimallaşdırma
Diferensial tənliklər və optimallaşdırma
Kafedra 2001-ci ildən fəaliyyət göstərir.Kafedraya  2005-ci ildən  prof. F.G.Feyziyev rəhbərlik edir.
Kafedrada 3 professor, 3 dosent,  3 elmlər namizədi, 1 baş müəllim və 1 müəllim fəaliyyət göstərir.
Kafedra əməkdaşları
1.F.G.Feyziyev  - Kafedra müdiri, f.-r.e.d. 0,5 ştat professor 
2.Ə.C.Məmmədov -  f.-r.e.n., dosent
3.B.M.Yusifov - f.-r.e.n., dosent
4.H.H.Əliyeva  - r.f.e.d., dosent
5.L.M.Ramazanova - b.m.
6.X.İ.Seyfullayeva - assistent
7.H.F.Quliyev - f.-r.e.d. 0,5 ştat professor
8.T.S.Hacıyev - f.-r.e.d. 0,5 ştat professor
9.Q.M.Əzizgül - böyük laborant
10.A.A.Xəlilova - laborant
11. V.F.Rəhmətova – laborant
Kafedrada  2 doktorant, 2 dissertant və 4 magistrant elmi işlə məşğul olur.
Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə fənlər
Riyaziyyat ixtisası üzrə:
1.Cəbr və ədədlər nəzəriyyəsi (Cəbr və ədədlər nəzəriyyəsi −1, Cəbr və ədədlər nəzəriyyəsi −2)
2.Analitik həndəsə
3.Diferensial tənliklər
4.Diskret riyaziyyat
5.Diferensial həndəsə və topologiya
6.Meyil edən arqumentli diferensial tənliklər
7.Variasiya hesabı və optimallaşdırma üsulları
8.Riyazi fizika tənlikləri
9.Optimal idarəetmənin riyazi nəzəriyyəsi 
Riyaziyyat müəllimliyi  ixtisasları üzrə
1.Cəbr (Cəbr -1, Cəbr -2, Cəbr -3)
2.Həndəsə (Həndəsə -1, Həndəsə -2, Həndəsə -3)
3.Adi diferensial tənliklər
4.Riyazi məntiq
5.Diferensial həndəsə və topologiya
6.Variasiya hesabı və optimallaşdırma üsulları
7.Riyazi fizika tənlikləri
Riyaziyyat və informatika müəllimliyi  ixtisasları üzrə
1.Cəbr (Cəbr - 1, Cəbr - 2, Cəbr -3)
2.Həndəsə (Həndəsə -1, Həndəsə -2, Həndəsə -3)
3.Riyazi məntiq
4.Adi diferensial tənliklər
5.Diferensial həndəsə və topologiya
6.Riyazi fizika tənlikləri
7.Variasiya hesabı və optimallaşdırma üsulları
Kompüter elmləri  ixtisasları üzrə
1.Diskret optimallaşdırma
Fizika ixtisası üzrə
1.Ali cəbr
2.Analitik həndəsə
3.Diferensial və inteqral tənliklər
Fizika müəllimliyi ixtisası üzrə
Analitik həndəsə və ali cəbr
Magistratura pilləsi üzrə fənlər
060501 - Riyaziyyat ixtisası  Diferensial tənliklər ixtisaslaşması üzrə:
1.Riyaziyyatın (diferensial tənliklərin) müasir problemləri
2.Meyil edən arqumentli diferensial tənliklər nəzəriyyəsi
3.Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələləri
4.Riyaziyyatın (diferensial tənliklərin) tarixi və metodologiyası
5.Diferensialfərq tənlikləri
6.Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi
7.Riyazi fizikanın tərs məsələləri
8.Diferensial tənliklərin spektral nəzəriyyəsi
9.Operasiya hesabı və onun diferensial tənliklərin həllində tətbiqi
10.İdarəetmə nəzəriyyəsinin riyazi məsələləri
11.Funksional-diferensial tənliklər nəzəriyyəsi
12.Tədqiqat üsulları
060501 - Riyaziyyat ixtisası  Optimallaşdırma və optimal idarəetmə ixtisaslaşması üzrə:
1.Riyaziyyatın (optimallaşdırma və optimal idarəetmə) müasir problemləri
2.Riyazi proqramlaşdırma
3.Optimal idarəetmə məsələlərinin ədədi üsulları
4.Riyaziyyatın (optimallaşdırma və optimal idarəetmə) tarixi və metodologiyası
5.Variasiya hesabı
6.Diskret sistemlərin optimal idarə edilməsi məsələləri
7.İdentifikasiya məsələləri
8.İdarəolunma və müşahidəolunma nəzəriyyəsi
9.Paylanmış parametrli sistemlərin optimal idarə edilməsi məsələləri
10.Kombinator optimallaşdırma və mürəkkəblik nəzəriyyəsi 
11.Qeyri-müəyyənlik şəraitində idarəetmə nəzəriyyəsinin elementləri
12.Tədqiqat üsulları 
060509 – İnformatika ixtisası üzrə:
1.Riyazi proqramlaşdırmanın ədədi üsulları
2.Diskret riyaziyyat
3.Tədqiqat üsulları
060501 – Riyaziyyat ixtisası  Hesablama riyaziyyatı ixtisaslaşması üzrə:
1.Variasiya məsələlərinin ədədi üsullarla həlli
2.Tədqiqat üsulları
Kafedranın elmi istiqamətləri: 1. Modulyar dinamik sistemlərin (MDS-lərin) modelləşdirmə, optimallaşdırma və  sistem dinamikası məsələlərinin tədqiqi. 2. Toplanmış və paylanmış parametrli kəsilməz sistemlərin optimal idarə  edilməsi məsələlərinin tədqiqi.
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedra üzrə 4 kitab, 53 məqalə, o cümlədən 16 məqalə xaricdə çap olunmuşdur.
40 Sillabus, 1 monoqrafiya, 24 fənn proqramı, 3 dərs vəsaiti və 1 metodik vəsait nəşr olunmuşdur
Kafedra əməkdaşlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyinin bir sıra universitetləri (BDU, NDU, MDU, ADPU, ADNSU, ADİU, ADU və s.), AMEA-nın İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları İnstitutları ilə elmi əlaqələri vardır. Kafedra xarici ölkələrin bir sıra ali təhsil müəssisələri və elmi mərkəzləri −  Rusiyanın Lipetsk Texniki Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Kazan Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsi, Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu və Sistemli Analiz İnstitutu, Qazaxıstan Respublikasının Milli Texniki Universiteti, Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Kafkas Universiteti (Kars şəhəri) ilə elmi əlaqələr saxlayır.
Təhsilin inkişafında xidmətlərinə görə kafedranın 1 əməkdaşı Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” və 2 əməkdaşı isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az