Əsas səhifə | Fizika və Elektroenergetika | Fizika və onun tədrisi metodikası
Fizika və onun tədrisi metodikası
1.Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 30.03.2017-ci il tarixli qərarına əsasən Ümumi fizika və Fizikanın tədrisi metodikası kafedraları birləşdirildi. Ümumi fizika kafedrası 1976-cı ildən, Fizikanın tədrisi metodikası kafedrası isə 2006-cı ildən fəaliyyət göstərmişdir. Bu iki kafedranın bazasında Fizika və onun tədrisi metodikası kafedrası yaradıldı. 2014-cü ildə kafedraya dos. Fuad Əziz oğlu Məmmədov müdir təyin olunmuşdur. 
2.Hazırda kafedrada 9 nəfər dosent, 1 nəfər baş müəllim, 4 nəfər assistent, 1 nəfər laboratoriya müdiri, 2 nəfər baş laborant, 1 nəfər böyük laborant, 2 nəfər laborant,  2 nəfər preparator fəaliyyət göstərir.
1.Məmmədov Fuad Əziz oğlu -kaf.müdiri, 
0,5  dosent
2.Məmmədov Səməndər Cəfər oğlu -dosent
3.Qurbanov Mehdi Məhəmməd oğlu -dosent
4.Qocayev Murğuz Muğan oğlu -dosent
5.Dəmirov Aslan Həsən oğlu -dosent
6.Lətifova Sevil Seyfulla -dosent
7.Sadıqova Sara Reşid qızı -dosent
8.Məmmədova Rəsmiyyə Lətif qızı -dosent
9.Dəmirova Zərifə Vələd qızı -dosent
10.Zeynalov Hamlet İxtiyar oğlu -baş müəllim
11.Qurbanova Sima Ayyub qızı -assistent
12.Həşimova Aynur İxtiyar qızı -assistent
13.Şahsuvarova Qərənfil Əbdül qızı -0,5 assistent
14.Rzayeva Aybeniz Səməndər qızı -lab. müdiri
15.Səlimova Vəfa Vəli qızı -böyük laborant
16.Heydərova Gülmirə Əkbər qızı -böyük laborant
17.Ayvazova Zəminə Nuru qızı -böyük laborant
18.Quluyeva Sevinc Şahin qızı -laborant
19.Ağaliyeva Mədinə Rafik qızı -preparator
20.Pənahova Günay Telman qızı -preparator
4.Kafedrada hazırda 1 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu üzrə doktorant, 11 magistrant elmi işlə məşğul olur. 
5.Fizika və onun tədrisi metodikası kafedrasında tədris olunan fənlər
Bakalavr pilləsi üzrə
a)Fizikanın tədrisi metodikası-1, 2
b)Məktəb fizika kursunun elmi əsasları
c)Fizikanın tədrisində məsələ həlli
d)Ümumi kurikulumun əsasları
e)Mexanika
f)Molekulyar fizika
g)Elektrik və maqnetizm
h)Ümumi fizika
i)Fizikanın əsasları
j)Tətbiqi fizika
Magistratura pilləsi üzrə
İxtisas fənlər bölümü
Fizikanın tədrisi metodikasının müasir problemləri
Fizikanın tədrisi metodikasının tarixi və metodologiyası
İxtisaslaşmaya ayrılan fənlər
Fiziki sabitlər və əmsallar
Müəllim hazırlığında kurikulum
Fizika tədrisinin xüsusi məsələləri
Fizika tədrisində mürəkkəb məsələlərin həlli metodikası- 1
Fizika tədrisində mürəkkəb məsələlərin həlli metodikası- 2
Fizikanın tədrisində nəzəri və eksperimental tədqiqatların metodikası və texnologiyası
Məktəb fizika kursunun elmi-nəzəri əsasları
Məktəb fizika eksperimentinin sistemi və təkmilləşdirilməsi
Seçmə fənlər
Fizikanın tədrisində müasir texnologiyanın tətbiqləri
Fizikanın tədrisində ekoloji məsələlər
Fizikada nəzəriyyə və qanunların tədrisi
Tədqiqat üsulları
Rəqslər və dalğalar
Rentgenoqrafik üsulla kristallik quruluşun öyrənilməsi
Molekulyar quruluş və molekulyar qüvvələrin təbiəti
İstilik parametrlərinin nəzəri əsasları
Kristalların sintezi və monokristalların yetişdirilməsi üsulları
6.Kafedra Yarımkeçirici və dielektriklər fizikası sahəsində – “I, III və VI – qrup elementləri əsasında alınan yarımkeçirici birləşmələrin kristallik quruluşunun öyrənilməsi və əsas yarımkeçiricilik parametrlərinin təyin olunması”, “Fasiləsiz təhsil sistemində fizikanın tədrisi metodikası və metodologiyası”, “Müxtəlif maddələrin fiziki xassələrinin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işləri aparır.
7.Kafedra üzrə son 5 ildə 3 monoqrafiya, 7 dərs vəsaiti, 2 metodik vəsait,  çoxlu sayda fənn proqramları və sillabus, o cümlədən bakalavriat səviyyəsi üzrə 23, magistratura səviyyəsi üzrə 19 fənn proqramı, 100-ə qədər elmi məqalə və tezis, o cümlədən 12 elmi məqalə xarici ölkələrin nüfüzlu jurnallarında çap olunmuşdur. Son illərdə dosent Fuad Məmmədovun “Müasir fizikanın metodoloji prinsipləri”, “Rasionallıq və qeyri-rasionallıq” monoqrafiyaları, prof. Y.Q. Nurullayev və dos. F.Ə. Məmmədovun “Fizikanın tədrisi metodikasının müasir problemləri”, prof. Y.Q. Nurullayev və  dos. R.L. Məmmədovanın “Orta məktəb kursunda molekulyar fizikanın tədrisi metodikası”, dos. Z.V. Dəmirovanın “Fizikanın tədrisində kompüter üsulları, “Fizikanın tədrisində müasir texnologiyaların tətbiqi”  və s. kimi dərs vəsaitləri çap olunmuşdur.
8.Kafedranın Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə elmi və tədris-metodiki sahədə əlaqələri vardır. 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az