Elektromexanika
1.Elektromexanika kafedrası 1971-ci ildə Sənaye elektronikası kimi fəaliyyətə  başlamışdır. Sumqayıt  müəssisələrində elektrik intiqalları üzrə mütəxəssislərə tələbatın artması ilə əlaqədar olaraq  Elektrik sistem və şəbəkələri  kafedrasının əsasında 1990-cı ildə Elektrik intiqalı kafedrası yaradılmışdır. Həmin dövrdə Elektrik intiqalı kafedrasının müdiri vəzifəsində t.e.n., dosent  Asəf Bayram oğlu Əmrəliyev çalışmışdır. 1996-cı ildən isə kafedra Elektromexanika kafedrası kimi fəaliyyətini davam  etdirir. 1994-cü ildən 2017-ci ilin iyun ayınadək  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin İbrahim oğlu Məmmədov Elektromexanika  kafedrasının müdiri olmuşdur. Hal-hazırda  kafedranın müdiri vəzifəsi FEE fakültəsinin dekanı dosent Əhmədova Tamella Əhməd  qızına ictimai əsaslarla həvalə olunub. 
2.Kafedrada  6 dosent,  1  baş müəllim  və 1 assistent fəaliyyət göstərir. 
3.Kafedra  əməkdaşlarının adları və vəzifələri:
1.Əhmədov Aslan  Diyar – dosent
2.Həşimova Aşura  Rza – dosent
3.Fərhadov Zakir İsaməddin – dosent
4.İslamov İslam Zəli – 0,5 şt. dosent
5.Hüseynov Turqay Kilim  – 0,5 şt. dosent
6.Hüseynov Ramiz  Ağali – 0,5 şt. dosent
7.Hacıyev Naib İsmixan – 0,5 şt. baş müəllim
8.Əliyeva Natəvan Oqtay – assistent
9.Rəsulov Hafiz Rza – laboratoriya müdiri
10.Teyyubova Sədaqət Rəhim – böyük laborant, dissertant,
11.Ağaxanova Kəmalə Abış – böyük laborant, dissertant,
12.Balayeva Əfilə Həsənbala – böyük laborant, doktorant
13.Əhmədova Almara Şəkər – böyük laborant
4.Kafedrada 2 dissertant, 1 doktorant  və 3 magistrant elmi işlə məşğul olur
5.Kafedrada tədris olunan  fənlərin siyahısı
Bakalavr  pilləsi üzrə                       
1.Elektrik maşınlarının əsasları                                                       
2.Qeyri-ənənəvi enerji istehsalı 
3.Elektrik maşınları-1,2                                                                                               
4.Elektrik və elektron aparatları                                                                                  
5.Avtomatlaşdırma  texnikasının  əsasları                
6.Avtomatlaşdırmanın  əsasları   
7.Avtomatlaşdırma texnikası
8.Energetik qurğuların elektrik avadanlığı                                                            
9.Sənaye müəssisələrinin elektrik avadanlığı                                                        
10.Güc elektronikası və intiqalın idarə edilməsi                                                   
11.Elektrik intiqalı -1,2                                                                                          
12.Avtomatlaşdırılmış elektrik intiqallarının elementləri                                      
13.Elektrik qurğularının istismarı və təmiri                                                          
14.Güc elektronkası və elektrik avadanlığının qidalandırılması                      
15.Tipik istehsalat mexanizmlərinin  avtomatlaşdırılması
16.Elektrik maşınlarının  istismarı və təmiri   
17.Tipik istehsalat qurğuları və texnoloji komplekslərin avtomatlaşdırılması  
18.Neft və qaz sənaye qurğularının avtomatlaşdırılmış elektrik intiqalı                
19.Bərpa olunan enerji mənbələri                                                                          
20.Elektrik maşınlarının sınağı və etibarlılığı   
Magistratura  pilləsi üzrə
1.Elektrik mühəndisliyinin müasir problemləri 
2.Elektrik mühəndisliyinin tarixi  və metodologiyası 
3.Elektrik intiqalı nəzəriyyəsinin əsasları
4.Elektrik intiqallarında keçid prosesləri                                                                
5.Avtomatlaşdırılmış elektrik intiqallarının kompleks idarə sistemləri                 
6.Elektrik intiqalının xüsusi rejimləri                                                                    
7.Avtomatlaşdırılmış elektrik intiqallarının modelləşdirilməsi 
8.Xüsusi tip elektrik intiqalları
9.Elektrik intiqalının optimal ekstremal idarə nəzəriyyəsi                                   
10.Elektrik intiqalının tənzimat məsələləri 
11.Elektrik intiqalının layihələndirilməsi
12.Elektrik maşınları və elektrik intiqallarının diaqnostikasında etibarlılıq məsələləri 
6.Kafedranın elmi istiqaməti: Elektrotexniki sistemlər və komplekslər (sahələr üzrə). Metallurgiya, maşınqayırma, cihazqayırma, neft-kimya sənayesinin avtomatlaşdırılmış elektrik intiqallarının və komplekslərinin elektromaqnit element və qurğularının yaradılması və diaqnostikasının işlənməsi
7.Kafedranın son illərdəki əsas elmi nəşrləri : 1   kitab, 16  məqalə, o cümlədən 7 məqalə xaricdə çap olunmuşdur.  14  sillabus, 14 bakalavr və 13 magistr fənn  proqramları   nəşr olunmuşdur.
8.Elektromexanika kafedrasının əməkdaşları elmi axtarışlarını, tədqiqat işlərini müntəzəm olaraq davam etdirirlər. Kafedra respublikamızın və dünyanın bir çox ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq  və İnşaat İnstitutu, N.L.Bauman adına Moskva Energetika  Universiteti, Koln Tətbiqi Universiteti (Almaniya), Herlen Tətbiqi Universiteti (Hollandiya) və Tempus proqramı üzrə Fransa, Ufa universitetləri ilə sıx münasibətlər yaratmışdır. Kafedra elmi mərkəzlərlə, ali təhsil ocaqları ilə əlaqələrini  gündən-günə genişləndirməkdədir.
9.Təltif olunanlar: 
1.İslamov İslam Zəli oğlu - Əməkdar mühəndis, prezident təqaüdçüsü və  MDB-nin (Müstəqil Dövlətlər Birliyi)  Əməkdar energetiki; 
2.Rəsulov Hafiz Rza oğlu – Təhsil Nazirliyinin Fəxri Fərmanı 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az