Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Filologiya | Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası 2001-ci ilin iyun ayında Humanitar elmlər kafedrasının bazasında yaradılmışdır. Həmin dövrdə kafedra müdiri vəzifəsində dos. Vaqif Allahverdiyev çalışmışdır. 2003-cü ildə Müasir Azərbaycan ədəbiyyatı kafedrası adlanmış və dos. Raqub Şahmar oğlu Kərimov, daha sonra dos. Yusif Yusubəli oğlu Aslanov kafedraya rəhbərlik etmişlər. 2005-ci ildən “Azərbaycan ədəbiyyatı” adı altında fəaliyyət göstərən kafedraya dosent Avtandil İsrafil oğlu Məmmədov rəhbərlik etmişdir.
SDU-nun Elmi Şurasının 28.02.2009-cu il tarixli iclasının (protokol № 6) qərarına əsasən Azərbaycan ədəbiyyatı kafedrası Xarici ölkələr ədəbiyyatı kafedrası ilə birləşdirilmiş, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası adlandırılmışdır. Hazırda kafedranın müdiri vəzifəsində prof. A.İ.Məmmədov çalışır.
Kafedranın professor-müəllim heyəti tədris prosesində müasir texnologiyadan istifadə edir, mühazirə və seminarları “ağıllı löhvələr”, proyektorlar vasitəsilə elektron formada tədris etməklə, müntəzəm şəkildə təhsilin keyfiyyətini yüksətməyə çalışır.
Hazırda kafedrada 2 nəfər professor, 6 nəfər dosent (onlardan bir nəfəri ixtisası üzrə elmlər doktoru), 5 nəfər baş müəllim (onlardan üç nəfəri ixtisası üzrə fəlsəfə doktoru), 5 nəfər müəllim (onlardan iki nəfəri filologiya üzrə fəlsəfə doktoru) çalışır. Tədris-köməkçi heyəti 2 nəfərdən ibarətdir.
Kafedra əməkdaşlarının adları və vəzifələri:
Məmmədov Avtandil İsrafil oğlu − kaf.m. professor
Hüseynova Arzu Hüseyn qızı –fil.e.d.dosent
Cümənov Dəyanət Almaz oğlu – dosent
Həmzəyeva Sevinc Səyyad qızı - dosent
Məmmədova Törə Kamal qızı – dosent
Vəliyeva İlahə Xaləddin qızı - dosent
Məmmədova Samirə Xaqani qızı – dosent
Alıyeva Afiqə - Alı qızı - fil.f.d., baş müəllim
Rəfiyeva Afət İlyas qızı – fil.f.d., baş müəllim
Zeynallı Günel Fazil qızı - fil.f.d., müəllim
Cabarova Mədinə Ağakərim qızı – fil.f.d., müəllim
Dadaşov İlham Minacət oğlu - baş müəllim
İsmayılova Əfsanə Şəmsəddin qızı - müəllim
Əliyev Rafiq Yusif oğlu - 0,5 şt. prof.
Qurbanov Nail Məhəbbət oğlu - 0,5 şt. dos.
Məmmədova Elnarə Elxan qızı - 0,5 şt. fil.f.d., baş müəllim
Əhmədov Qara Hüseyn oğlu - 0,5 şt. baş müəllim
İskəndərov Balakişi Atakişi oğlu - 0,5 şt. m.
Həşimova Elmira Mail qızı - böyük laborant
Nağızadə Səkinə Elmar qızı - böyük laborant
Kafedrada təhsilin hər üç səviyyəsi üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda kafedrada  1 nəfər dissertant Azərbaycan ədəbiyyatı ixtisası üzrə elmlər doktorluğu proqramı istiqamətində elmi-tədqiqat işləri aparır. Son beş ildə kafedra əməkdaşlarından, o cümlədən dissertant və doktorantlardan 8 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
Kafedrada tədris olunan fənlər:
Təhsilin bakalavriat səviyyəsi üzrə
1. Azərbaycan şifahi xalq ədəbiyyatı
2. Şifahi xalq ədəbiyyatı
3. Azərbaycan ədəbiyyatı tarixi (qədim dövrdən müasir dövrümüzəqədərki mərhələlər)
4. Dünya ədəbiyyatı (antik dövrdən müasir dövrümüzəqədərki mərhələlər)
5. Mifologiya
6. Müasir ədəbi proses və ədəbi tənqid
7. Türk xalqları ədəbiyyatı
8. Ədəbiyyatşünaslığa giriş
9. Ədəbiyyat nəzəriyyəsi
10. Təsəvvüf ədəbiyyatı
11. Ölkə ədəbiyyatı tarixi
12. Azərbaycan dastanları
13. Ümumtürk dastanları
14. Mühacirət ədəbiyyatı
15. Uşaq ədəbiyyatı
16. Divan ədəbiyyatı
17. Uşaq folkloru
18. Müasir uşaq poeziyası
19. Yazılı ədəbiyyatda nağıl janrı
20. Ədəbiyyatının tədrisi metodikası
21. Ədəbiyyatın tədrisi metodikasının aktual problemləri
22. Texnologiya və onun tədrisi metodikası
23. Təsviri incəsənət və onun tədrisi metodikası
24. Təsviri incəsənət və onun tədrisi metodikası
25. “Molla Nəsrəddin” ədəbi məktəbi
Təhsilin magistratura səviyyəsi üzrə
Azərbaycan ədəbiyyatı ixtisaslaşması
1. Azərbaycan ədəbi tənqidinin mərhələləri
2. Azərbaycan satirik ədəbiyyatı
3. Azərbaycan şeirində vəznlər
4. Azərbaycan intibah ədəbiyyatı
5. Azərbaycan təsəvvüf ədəbiyyatı
6. Güney Azərbaycan ədəbiyyatı
7. Azərbaycan ədəbiyyatşünaslığının tarixi və metodologiyası
8. Romantik ədəbiyyat
9. Ümumtürk ədəbiyyatı
10. Azərbaycan mifologiyası
11. Azərbaycan məhəbbət dastanları
12. Azərbaycan ədəbiyyatşünaslığının müasir problemləri
13. Müasir Azərbaycan dramaturgiyası
14. Tədqiqat üsulları
Ədəbiyyatşünaslıq (Avropa ölkələrinin ədəbiyyatı) ixtisaslaşması
1. Ədəbi əlaqələr
2. Avropa ədəbiyyatında lirik poeziya (Şərq-Qərb)
3. Avropa yazılı ədəbiyyatında nağıl janrı
4. Qədim dünya ədəbiyyatının janrları
5. Orta əsrlər və intibah dövrü Qərb ədəbiyyatında Şərq məsələləri
6. Avropa ədəbiyyatşünaslığının tarixi və metodologiyası
7. Avropa ədəbiyyatşünaslığının müasir problemləri
8. Avropa ölkələri ədəbiyyatında ədəbi cərəyanlar
9. Avropa ölkələri ədəbiyyatının ən yeni dövrü – Postmodernizm
10. Bədii tərcümə problemləri
11. Avropa dastanları
12. XIX əsrin sonu-XX əsrin əvvəllərində Qərbi Avropada ədəbi proses
13. Əruz vəzni
14. Tədqiqat üsulları
15. Tarix fakültəsi - Folklor
Kafedranın elmi istiqaməti (şifri və adı) və elmi işinin adı: 5716.01 – Azərbaycan ədəbiyyatının inkişaf xüsusiyyətlərinin və tarixi-mədəni dinamikasinin özünəməxsusluğu. Azərbaycan ədəbi – estetik fikir tarixində elmi-nəzəri görüşlər. Yeni yaradıcılıq istiqamətləri. Folklor və yazılı ədəbiyyat
2018-ci ildə kafedra “Mədəniyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Kafedra əməkdaşları xarici ölkələrdə və respublikada keçirilən beynəlxalq elmi simpozium və konfranslarda, eləcə də respublika konfranslarında müntəzəm olaraq iştirak edirlər.
Kafedra üzrə son illərdə 120-dən çox elmi məqalə və tezis, o cümlədən 18 elmi məqalə (2-si impakt faktorlu olmaqla) xarici jurnallarda çap olunmuşdur.
Eləcə də son illərdə kafedranın əməkdaşlarından prof. Avtandil Məmmədovun “Mifologiya”, “Azərbaycan mifologiyası” (dos. Dəyanət Cümənovla şərikli) dərslikləri, prof. Məhəmmədəli Mustafayevin “Ədəbiyyat nəzəriyyəsi”, dos. Afaq Qəniyevanın “Nizaminin musiqi dünyası”, dos. Törə Məmmədovanın “Tədqiqat üsulları”, fil.f.d., b.m. İlahə Vəliyevanın “Azərbaycan intibah ədəbiyyatı”, dos.Sevinc Həmzəyevanın “Dünya ədəbiyyatı” adlı dərs vəsaitləri, fil.f.d., b.m. Rövşən Məmmədovun “Avropa ölkləri ədəbiyyatında ədəbi cərəyanlar” (dos. O.Hacıyevlə şərikli) adlı metodik vəsaiti, dos. Arzu Hüseynovanın “XX əsr Azərbaycan ədəbiyyatında bölünmüş vətən mövzusu”, baş lab. S.E.Nağızadənin “Əşrəf Veysəllinin poetic dünyası” adlı monoqrafiyaları nəşr edilmişdir.
İndiyədək Azərbaycan ədəbiyyatı və Ədəbiyyatşünaslıq (Türk xalqları ədəbiyyatı), Ədəbiyyatşünaslıq (Avropa ölkələri ədəbiyyatı) ixtisaslaşmaları üzrə 80 nəfərdən çox magistrant magistr dərəcəsi almışdır. Onların arasında 10 nəfər Türkiyə vətəndaşı da vardır. Hazırda kafedrada Azərbaycan ədəbiyyatı ixtisaslaşması üzrə 2 nəfər magistrant Azərbaycan ədəbiyyatı ixtisaslaşması üzrə təhsil alır.
A.Ağbaba “Mifologiya” adlı dərsliyinə görə SDU-da keçirilən “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyasının qalibi olmuş, müvafiq diplom və pul mükafatına layiq görülmüşdür.
Kafedranın əməkdaşları universitetin, eləcə də respublikamızın elm və təhsil, ictimai-mədəni həyatında fəal iştirak edirlər. Dos. S.S.Həmzəyeva filologiya üzrə fəlsəfə doktoru dissertasiyalarının müzakirəsini keçirmək üçün SDU-nun nəzdində yaradılmış FD 2.24 Dissertasiya Şurasının üzvüdür. Dos. T.K.Məmmədova bu şuranın 5716.01 - Azərbaycan ədəbiyyatı ixtisası üzrə elmi seminarının Elmi katibi, prof. R.Y.Əliyev, dos. A.H.Hüseynova, dos. S.X.Məmmədova üzvləri olmuşdurlar. Prof. R.Y.Əliyev uzun illər AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının üzvü olmuşdur. Hazırda o, AMEA-nın Folklor İnstitutunda Dissertasiya Şurasının üzvüdür. Prof. A.İ.Məmmədov AMEA-nın Folklor və Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində yaradılmış birdəfəlik Dissertasiya Şuralarının üzvü olmuşdur.
Son beş ildə kafedra əməkdaşlarından 1 nəfər elmlər doktoru, dissertant və doktorantlardan 3 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 2 nəfər dosent attestatı almışdır. 3 nəfər Azərbaycan ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsi ərəfəsindədir. “Mövlana” mübadilə proqramı çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Rövşən Məmmədov dörd ilə yaxındır ki, Bülent Ecevit Universitetində dosent vəzifəsində fəaliyyət göstərir. R.Məmmədov Azərbaycan ədəbiyyatını Türkiyədə layiqincə təmsil edir. Onun “Başlanğıcdan günümüzə qədər Azərbaycan uşaq ədəbiyyatı” dərsliyi (dos.dr. Gül Banu Dumanla şərikli) Türkiyədə çap olunmuşdur.
Kafedranın 2 nəfər böyük laborantı M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantıdır.
Kafedrada Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; Azərbaycan dili və ədəbiyyatı, Məktəbəqədər təhsil; İbtidai sinif müəllimliyi, Xarici dili müəllimliyi və digər ixtisaslar üzrə bakalavr hazırlığı; Azərbaycan ədəbiyyatı, Ədəbiyyatşünaslıq (Avropa ölkələri ədəbiyyatı) ixtisaslaşmaları üzrə magistr hazırlığı səviyyələrində tədris olunan fənlərin proqramları hazırlanıb çap edilmişdir.
Kafedra Bakı Dövlət Universiteti, AMEA-nın Folklor İnstitutu, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutu, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə elmi əlaqələr saxlayır.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az