Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İqtisadiyyat və İdarəetmə | Maliyyə və mühasibat uçotu
Maliyyə və mühasibat uçotu
Maliyyə və mühasibat uçotu kafedrası 2002-ci ildə Ümumi iqtisadiyyat kafedrasının bazası əsasında yaradılmışdır.Yarandığı ildən kafedrada Mühasibat uçotu və audit ixtisası üsrə bakalavriat, 2003-cü ildən isə magistratura pilləsi üzrə kadr hazırlığı aparılır. Hal-hazırda kafedrada “Mühasibat” və “Maliyyə” ixtisasları üzrə bakalavr pilləsində, “İstehsal sferasında mühasibat uçotu və audit” və “Bank işi” ixtisaslaşması üzrə magistr pilləsində kadr hazırlığı aparılır.
Maliyyə və mühasibat uçotu kafedrası kadr hazırlığının yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Sankt Peterburq Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və təhlil kafedrası, Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin Mühasibat uçotu kafedraları ilə əməkdaşlıq edir. Eyni zamanda kafedra maliyyə və mühasibat təşkilatları olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiyasiyası, Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədqiqatlar mərkəzi, Azərbaycan Mühasiblər və Rİsk Peşəkarları Assosiyasiyası və Azərbaycan Gənc Mühasiblər birliyi ilə əməkdaşlıq edir. Kafedra əməkdaşları Erasmus və Enactus layihəsi üzrə beynəlxalq təlimlərdə və eyni zamanda peşəkar təcrübəyə əsaslanacaq maliyyə-mühasibat istiqaməti üzrə təlimlərdə müntəzəm iştirak edirlər.Tələbələrin ixtisasları üzrə istehsalat təcrübələrin təşkili maliyyə, vergi, bank, sığorta qurumlarında, müəssisələrin maliyyə və mühasibat şöbələrində aparılır.
2002-2008-ci illərdə kafedraya i.e.n., dos. K.X.Abdullayev, 2009-2010-cu illərdə i.e.n. Ş.M.İbrahimov, 2011-2015-ci illərdə A.Y.Yəhyayeva rəhbərlik etmişlər. Hazırda kafedraya i.e.n., dosent Loğman Abdullayev rəhbərlik edir.
Maliyyə və mühasibat uçotu kafedrasında 4 dosent, 6 baş müəllim, 2 assistent fəaliyyət göstərir.
Kafedra əməkdaşları:
1. Abdullayev Loğman İmran oğlu - kafedra müdiri, dosent
2. Yəhyayeva Aynurə Yusif qızı - dosent
3. Əliyeva Aygün Hüseynəli qızı – dosent
4. Əmiraslanova Dilarə Əmiraslan qızı –dosent
5. Qurbanova Röya Vilayət qızı - iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim
6. İsmayılova Lyudmila Famil qızı - iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim
7. Köçərli Hicran Rafiq qızı - baş müəllim
8. Məmmədova Şəlalə Rəhim qızı - baş müəllim
9. Nəcəfova Çiçək Məhəmməd qızı - baş müəllim
10.Əliyeva Sədaqət Yusup qızı – 0,5 ştat baş müəllim
11. Seyidova Səmirə Rasim qızı - assistent
12. Hüseynzadə Gülşən Qalib qızı - asistent
15. Quliyeva Mətanət Gülbala qızı - böyük laborant
16. Quluzadə Çinarə Əlibəy qız - böyük laborant
17. Bağırova Nuranə Cəmaləddin qızı - böyük laborant
18. Seyfullayeva Türkan Rasim qızı – böyük laborant
19. Pənahova Günay Telman qızı – laborant  
Kafedrada 1 nəfər doktorant fəlsəfə doktoru proqramı üzrə, 1 nəfər elmlər doktoru proqramı üzrə və 4 magistrant elmi işlə məşğul olur.
Tədris olunan fənlər:
Bаkаlаvriat:
1. Mühаsibаt uçоtu
2. Audit
3. Mаliyyə uçоtu
4. İdаrəеtmə uçоtu
5.İdarəetmə uçotu və korporativ qərarların verilməsi
6. Dövlət maliyyəsi
7. Maliyyə hesabatlarının təhlili
8. Stаtistikа
9.Biznes statistikası
10. Bаnk işi
11. Vergitutma
12. Qiymət və qiymətləndirmə
13. Maliyyə hesabatlarının beynəlxalq standartları
14. Maliyyə bazarları
15. Pul və banklar
16. Sığorta işi
17. Maliyyə hesabatlılığı
18. Kooperativ maliyyə
19. Maliyyə risklərinin idarəedilməsi
20.Mühasibatda proqram təminatı
21.İnvestisiyanın idarə edilməsi
22.Karyera planlaması
23.Yumşaq bacarıqlar
24.Sərt bacarıqlar
Magistratura:
1. Mühasibat uçotu və auditin müasir problemləri
2. Mühasibat uçotunun milli standartları
3. Audit və nəzarət
4. Büdcə sistemi
5. Maliyyə hesabatlarının təhlili
6. Büdcə-vergi münasibətləri
7. Ticarət və ictimai iaşədə mühasibat uçotu
8. Mühasibat uçotunun informasiya texnologiyaları
9.Maliyyə elminin müasir problemləri
10.Beynəlxalq maliyyə hesabatı standartları
11.Korporativ maliyyə
12.Maliyyə nəzarəti və auditin aktual problemləri
13.Vergi siyasətinin konseptual əsasları
14.Maliyyə statistikası
15.Bank fəaliyyətinin hüquqi əsasları
16.Bank işi və sığorta
17.Tədqiqat metodları
Kafedrada görkəmli alimlərdən, i.e.d., prof. R.K.İsgəndərov, i.e.d., prof. Q.S.Səfərov, i.e.d., prof. Q.S.Süleymanov çalışırlar.
Kafedra Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə 2017-ci ilin aprelindən Maliyyə və mühasibat uçotu adlandırılmışdır.
Kafedranın elmi istiqaməti: Mühasibat uçotu və audit
Kafedranın son illərdəki elmi nəşrləri:
Kafedra üzrə 350-dən çox məqalə, o cümlədən 30 məqalə xaricdə çap olunmuşdur. 35 fənn proqramı, 4 metodik vəsaitə qrif alınaraq nəşr olunmuş, 5 dərs vəsaiti nəşr edilmişdir.
Kafedranın əməkdaşları AMEA-nın İqtisadiyyat İnstitutu, o cümlədən respublikamızın digər ali məktəbələri: ADİU, BDU, ADNA, NDU, Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət İqtisad Universiteti, Türkiyə Respublikasının İzmir Texnik Universiteti ilə əməkdaşlıq edir, respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə birgə iştirak edirlər.
Mühasibat uçotu və audit ixtisasını bitirmiş məzunlarımız haqqında:
Abdullayev Elvin Azər oğlu – Azərbaycan Əmanətlərinin sığortalanması fondu, baş mütəxəssis.
Qocayev Məhəmməd Nəriman oğlu – Muğanbank ASC, baş mütəxəssis.
Məsimova Günel Nurəddin qızı – SOCAR Azərkimya İB, aparıcı mühasib.
Nuriyev Faiq Əbülfət oğlu – İqtisadiyyat Nazirliyi Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi, məsləhətçi.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az