Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
 
Sizi 04-05 may 2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda Respublika elmi konfransına dəvət edirik.
Konfransa aşağıdakı bölmələr üzrə tezislər  qəbul olunur:
1.Azərbaycan dövlətinin xarici siyasət kursunun formalaşmasında Heydər  Əliyevin rolu
2.Azərbaycanda siyasi sabitliyin təmin edilməsində Heydər Əliyevin rolu 
3.Heydər Əliyev və azərbaycançılıq ideologiyasının inkişafı
4.Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında Heydər Əliyevin rolu
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
1.Vərəqin ölçüsü  A4, Times New Roman 12 pt;  boş sahə hər tərəfdən – 2 sm; sətirarası interval – 1,5 sm; abzas – 1,25 sm.
2.Tezisin adı – ortada, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, ata adı, iş yeri kursivlə;
4.Tezisin mətni - 2  səhifə
Konfransın işçi dilləri: Аzərbaycan, rus.
İştirak forması: əyani, qiyabi.
Tezislər shirxanselimov.sdu@gmail.comelektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 10 aprel 2018 ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur: 
Az 5008. Sumqayıt ş., 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti, Tarix və coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası, auditoriya 248.
 
Əlaqələndirici şəxs:prof. Səlimov Şirxan
Əlaqə telefonları: mob.: (+99455) 619-50-71,
iş:  (+99418) 6448905
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az