Əsas səhifə | Elanlar | “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfrans
“Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfrans
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
POLİMER MATERİALLARI İNSTİTUTU
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Sizi 15-16 noyabr 2017-ci il tarixində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1.Yeni funksional monomerlər və polimerlərə köməkçi əlavələr. 
2.Monomerlərin və polimerlərin sintezində katalitik proseslər.  
3.Xüsusi təyinatlı polimerlər və polimer materiallar.
4.Tənzimlənən quruluşlu və xassəli funksional polimerlər və onların tətbiqi imkanları.
5.Polimer kompozisiya  materialları, nanokompozitlər.
6.Polimer və polimer kompozisiya materiallarının istehsalı və emalı zamanı yaranan ekoloji problemlər.
İştirak forması: əyani, qiyabi.
Konfransın işçi dilləri:  Аzərbaycan, rus, ingilis.
Konfransın materialları sdu.edu.az saytında yerləşdirilir.
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
1.Format  A4; hər tərəfdən – 2 sm; şrift   Times New Roman, 12 pt; sətirarası interval   1.5;
2.Formullar   Microsoft Equation (CAMSOFT CHEM Draw). 
3.Məruzənin adı – ortada, qalın şriftlə, böyük hərflərlə;
4.Müəllifin soyadı, adı, ata adı – ortadan, qalın şriftlə;
5.İş yeri, şəhər, ölkə və e-mail ünvanı – ortadan, kursivlə;
6.Tezislərin mətni – 3 səhifəyədək.
Tezislər conference.ssu@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 30 sentyabr 2017 ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur: 
Sumqayıt ş. 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti, Kimya və biologiya fakültəsi, Neft kimyası və kimya mühəndisliyi kafedrası.
Əlaqələndirici şəxs: prof. Qafar Əbdüləli oğlu Ramazanov
Əlaqə telefonları:  (+99455) 276 01 28, (+99418) 644-70-89. 
                                                                                                                                                                                                                                                                                      Təşkilat   komitəsi
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az