Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | MƏQALƏLƏRİN TƏRTİBATI QAYDALARI
MƏQALƏLƏRİN TƏRTİBATI QAYDALARI

1.Məqalə azərbaycan, rus və ya ingilis dillərində hazırlanmalıdır. 

2.Məqalə 10 səhifəyədək, Microsoft Word mətn redaktorunda A4 formatda, hər tərəfdən – 2 sm, Times News Roman şrifti ilə 14 pt. ölçüdə, 1,5 sətirarası interval, abzas – 1 sm.  
3.Məqalə aşağıdakı ardıcıllıqla yığılmalıdır: 
•UOT – soldan, böyük hərflərlə, qalın şriftlə; 
•məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə; 
•müəllif(lər)in soyadı, adı, atasının adı – ortadan,  böyük hərflərlə, qalın şriftlə;
•müəllif(lər)in iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – ortadan, kursivlə; 
•açar sözlər – kursivlə; 
•giriş və diğər alt başlıqlar – soldan qalın şriftlə. 
4.Ədəbiyyat siyahısı: məqalədə istinad ardıcıllığına uyğun olaraq. 
5.Məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə məqalənin adı, müəllifin soyadı və inisialları, açar sözlər və xülasə. 
6.Cədvəl və şəkillər nömrələnir və bilavasitə məqalənin mətnində yerləşdirilir. 
7.Düsturlar Microsoft Equation-da standart parametrdə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır. 
8.Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. 
9.Redaksiya məqalənin  əsas məzmununa xələl gətirmədən redaktə dəyişiklikləri və ixtisarları etmək hüququnu özündə saxlayır.
10.Əlyazmanın daxil olduğu vaxt mətnin son variantının redaksiyaya daxil olduğu gün sayılır. 
11.Məqalə tələblərə cavab vermədiyi halda çap olunmur və müəllifə qaytarılmır. 
14.Məqalə həm kağız, həm də elektron formada redaksiyaya təqdim olunmalıdır.
 Redaksiyanın ünvanı : Sumqayıt Dövlət Universiteti,  sdu.elmixeberler@mail.ru 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az