Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | 11-12 may 2017-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində Magistrantların XVII Respublika elmi konfransı keçiriləcək
11-12 may 2017-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində Magistrantların XVII Respublika elmi konfransı keçiriləcək

Bölmələr
1. Fizika və elektroenergetika
2. Riyaziyyat
3. Mexanika
4. Yeni informasiya texnologiyaları
5. Kimya və kimya-texnologiya
6. Biologiya
7. Ekologiya
8. Ümumi tarix
9. Coğrafiya
10. İnnovasiyalı iqtisadiyyatın inkişafının müasir problemləri
11. Müəssisələrin iqtisadiyyatı və idarə edilməsi
12. İqtisadi fəaliyyət növləri üzrə aktual məsələlər
13. Qloballaşma şəraitində dövlətin iqtisadi siyasətinin formalaşması
14. Dilçilik
15. Ədəbiyyatşünaslıq
16. Metodika
17. Pedaqogika və psixologiya
18. Azərbaycan multikulturalizmi
19. İslam və demokratiya

Tezislər A4 formatlı kağızda 2 səhifədən çox olmamaqla 1 nüsxədə çap edilməli, elektron daşıyıcı ilə telefon və e-mail ünvanları göstərilməklə 2017-ci il aprel ayının 5-dən gec olmayaraq Təşkilat komitəsinə (Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti, AZ 5008, 43-cü məhəllə, 2-ci mərtəbə, otaq 243, tel: 018 642-12-63; 012 448-08-37; 050 339-68-36; 055 569 85 49) təqdim olunmalıdır. Tezislər təqdim olunan zaman proqrama uyğun aid olduğu bölmə sonda göstərilməlidir.

Bir müəllifdən 2-dən artıq tezis qəbul edilmir. Qeydiyyat xərcləri hər tezis üçün 5 AZN.

Tezislər müəllifin təhsil aldığı müəssisə rəhbərinin Təşkilat komitəsinin sədri prof.E.B.Hüseynova ünvanlanmış məktubu ilə birlikdə təqdim olunmalıdır.

Konfransın açılışı 11 may 2017-ci il saat 1100-da SDU-nun akt zalında olacaqdır.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az