Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Əziz tələbələr! “Ən yaxşı məqalələr” müsabiqəsi mükafatı sizləri gözləyir
Əziz tələbələr! “Ən yaxşı məqalələr” müsabiqəsi mükafatı sizləri gözləyir

Sumqayıt Dövlət universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə tələbələr arasında  «Ən yaxşı məqalələr» müsabiqəsi elan edir

                                     М Ö V Z U L A R 
1. Heydər Əliyev və Azərbaycan dili
2. Heydər Əliyev – Müstəqil Azərbaycan dövlətinin memarı 
3. Ulu öndər Multikulturalizm siyasətinin banisi kimi
4. Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış
                             М Ü K A F A T L A R
1-ci yer  300 (üç yüz) manat
2-ci yer 200 (iki yüz) manat
3-cü yer 150 (bir yüz əlli) manat
Məqalənin qəbulu: 03 dekabr 2016-cı ilədək. SDU Elmi hissə. Tələbə Həmkarlar İttifaqı. Otaq № 03
Nəticənin elan edilməsi:  9 dekabr 2016-cı il
Qeyd: Məqalələr 12 və ya 15 vərəqli ana dili dəftərində yazılmalı, hüsnxət qaydalarına, orfoqrafik və üslubi səhvlərə fikir verilməlidir. 
Məqalələrin məzmunu mövzunun adına uyğun olmalı, internet və digər mənbələrdən köçürmə halı olmamalıdır. 
Yoxlamadan sonra yer tutan məqalələrin elektron variantı tələb olunacaq. 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az