Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Sumqayıt Dövlət Universiteti növbəti Erazmus + layihəsində iştirak edəcək
Sumqayıt Dövlət Universiteti növbəti Erazmus + layihəsində iştirak edəcək

Erasmus+ proqramının “Ali məktəb sahəsində potensialın yaradılması” aləti çərçivəsində  2016 –cı ildə  maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin seçimi baş çatmışdır. Müsabiqədə iştirak etmək üçün 736 layihə təqdim edilmişdir. Onlardan 653-ü müsabiqəyə buraxılmışdı. 147 layihənin maliyyələşdirilməsinə qərar verilmişdi.   Onların arasında Azərbaycan universitetlərinin iştirak etdiyi 3 layihədən birində Sumqayıt Dövlət Universiteti də var. Bu  layihə  “573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP Azərbaycan universitetlərində təlim və tədrisin keyfiyyətinin təmininə dəstək” adlanır.

Layihənin koordinatoru Xəzər Universitetidir. Layihədə partnyor kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti iştirak edirlər. Xarici ölkələrdən aşağıdakılardır: Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya), Qazi Universiteti ( Türkiyə), Yuvyaskyulya Universiteti (Finlandiya), Mərkəzi Avropa Universiteti (Macarıstan) və Valensiya Politexnik Universiteti (İspaniya).

Layihənin əsas məqsədi:Universitetdə təhsil və tədris proseslərinə nəzarət mexanizmi yaratmaqla onların təkminləşdirilməsini təmin etməkdir.

Layihənin büdcəsi 908.623,00 avro təşkil edir.

Layihənin icra müddəti – 36 aydır.

Qeyd etmək lazımdır ki, bu universitetin ikinci Erazmus + layihəsidir. Bundan əvvəl Sumqayıt Dövlət Universiteti 4 Tempus  və 1 NATO layihələrini uğurla başa çatdırmışdı. Hal hazırda 3 Tempus layıhəsi başa catmaq üzrədir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az